Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda plastik əməliyyatlar



“Azərbaycanda estetik əməliyyatlarla bağlı daha çox qadınlar müraciət edir”


Bunu Lent.az-a açıqlamasında estetik, plastik, rekonstruktiv cərrahiyyə uzmanı İlyas Axundzadə bildirib. 

O qeyd edib ki, burun əməliyyatları üçün müraciət edənlər arasında da qadınlar üstünlük təşkil edir.

“Xərçəng xəstəliyi ilə bağlı 40-60 yaş arasında olan şəxslər müraciət edirlər. Onların müraciəti boğaz xərçəngi, dəri xərçəngi və boğaz yollarının bərpası ilə bağlı olur”.
Həkim bildirib ki, travma ilə bağlı 25-40 yaş arasında olan kişilər müraciət edir. “Onların da müraciəti daha çox çənə sümüyü ilə bağlıdır”.

“Yaşlı qadınlar plastik əməliyyatla bağlı müraciət edirmi” sualına həkim belə cavab verib:
“50-60 yaşlı qadınlar daha çox üz dərisinin dartılması, sallanmış süd vəzləri ilə əlaqədar müraciət edirlər”.

İ.Axundzadə onu da vurğulayıb ki, estetik əməliyyatlar üçün müraciətlər daha çox burunun gözəlləşdirilməsi, sinənin formasının dəyişdirilməsi (dartmaq, böyütmək, kiçiltmək ), qarın sallanması ilə bağlıdır.
Həkimin sözlərinə görə, bu ilin on ayında estetik əməliyyatlara görə müraciətlərin sayı 100-ə yaxın olub.

Silikonlara gəlincə, İ.Axundzadə bunları bildirib: “Azərbaycanda 20-40 yaş arasında olan qadınlar daha çox döşləri silikon etdirmək üçün müraciət edirlər. Nadir hallarda qadınlar baldırlarına da silikon qoydururlar”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Ən çox oxunanalar