Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BDU ABŞ universiteti ilə memorandum imzaladı



BDU-da “Dəniz və enerji hüququ sahəsində əməkdaşlığın perspektiv istiqamətləri” mövzusunda tədbir keçirilib


Universitetin mətbuat xidmətindən daxil olan məlumata görə, tədbir Bakı Dövlət Universitetinin hüquq fakültəsi ilə ABŞ-ın Tuleyn Universitetinin hüquq fakültəsinin birgə əməkdaşlığına həsr olunub. Universitetin rektoru Abel Məhərrəmov tədbirin əhəmiyyətindən və universitetlərarası münasibətlərdən söz açıb. O, BDU və Tuleyn Universiteti arasında 2012-ci ildə imzalanan niyyət protokoluna əsasən hüquq fakültəsinin iki tələbəsinin Tuleyn Universitetinin hüquq fakültəsində dəniz hüququ və enerji hüququ üzrə magistratura ixtisaslarında təhsil aldığını qeyd edən rektor bu layihənin gerçəkləşməsində SOCAR-ın maliyyə dəstəyi göstərdiyini xüsusilə qeyd edib.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta çıxışında universitetlərarası əməkdaşlıqdan söz açıb və tədbirin həm də ölkələrarası münasibətlərə müsbət töhfə verəcəyini qeyd edib. 

Hüquq fakültəsinin Tuleyn Universitetində dəniz və enerji hüququ üzrə magistratura ixtisaslarında təhsil almış iki tələbəsinə «ikili diplom» təqdim edilib. 

Tədbirdə həmçinin Azərbaycan Respublikası Dövlət Dəniz Administarasiyası ilə Bakı Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandumu rektor Abel Məhərrəmov və Administrasiyanın rəisi Qüdrət Qurbanov imzalayıblar. Memorandum BDU-nun hüquq fakültəsində dəniz hüququ və enerji hüququ üzrə təhsil alan tələbələrin bu qurumda təcrübə keçmələri, birgə əməkdaşlıq kimi məsələləri nəzərdə tutur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar