Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı və Ankara üçün “X günü” tənliyi


Qərb Ermənistana “xilas kəməri” hazırlayır


İran vasitəsilə işğalçı ölkəyə yeni böyük “nəfəsliy”in açılması gerçəkləşə bilər; Tehranın Avropa üçün artan energetik önəmi təcavüzkarın mövqeyini gücləndirir... 

Güney Qafqaz regionunun yaxınlığında geosiyasi proseslər o qədər sürətli gedir ki, az qala dünənki dostlar rəqiblərə, rəqiblər isə qısa zamanda tərəfdaşlara və ya müttəfiqlərə çevrilməkdədir. Hətta eyni hərbi-siyasi bloklarda təmsil olunan və dost sayılan ölkələr görürsən ki, bir-birilərinin maraqları əleyhinə işləyir. İkicə faktı xatırladıb mətləbə keçək.     
Biri NATO üzvü olan dövlətlərin - ABŞ və Almaniyanın NATO üzvü olan digər dövlətləri (Almaniya və Türkiyə) gizli izləməsidir. İkinci nümunə isə yenə də NATO üzvü olan Yunanıstanın alyansın digər mühüm üzvü Türkiyəyə qarşı qəbul elədiyi uydurma soyqırımı inkara görə cəza nəzərdə tutan qanunu qəbul etməsidir. Hər iki olay son ay ərzində baş verib (İki il öncə analoji addımı blokun başqa bir üzvü Fransa atmağa cəhd eləmişdi). Demək, belə çıxır, NATO da göründüyü qədər monolit deyilmiş.  

Məsələ də ondadır ki, alyansların, blokların öz gerçək mahiyyətini itirməkdə olduğu, dost-düşmənlərin təzədən dəqiqləşdirildiyi mürəkkəb bir mərhələyə girməkdəyik. Bu mərhələni uğurla keçmək üçün çox vacibdir ki, Azərbaycanla Türkiyə qoşa və sinxron hərəkət eləsin. 

İlk növbədə də düşmən Ermənistanın, şimal və cənub qonşumuzun xarici siyasətini diqqətlə izləmək gərəkir. Ələlxüsus cənub qonşumuzla bağlı cərəyan edən proseslər bəzi narahatedici suallar doğurur - Rusiyanın bölgəyə yönəlik siyasətində, hər halda, az da olsa, müəyyənlik var. 

İş ondadır ki, ötən yazılarda da vurğulandığı kimi, Tehranla Qərb arasında buzlara yavaş-yavaş əriyir. Bu prosesin sürətlənəcəyi gözlənilir, çünki hər iki tərəf bir neçə səbəbdən bunda maraqlıdır. İndi heç 5-6 ay əvvəlki situasiya da deyil və rəsmi Tehran da, Vaşinqton və Brüssel da bunu ciddiyə alırlar. Qeyd edildi artıq, qlobal siyasətdə əbədi düşmənlər olmur, əbədi maraqlar olur. 

Söhbət öncəliklə İranın Avropa qaz bazarına qaytarıb Rusiyadan 30 faizlik qaz asılılığından qurtulmaq planlarından gedir. Proqnoza görə, əgər müvafiq infrastruktur inşa edilsə, Tehran 2020-ci ilin əvvəlinə Avropaya ildə 10-20 milyard kub metr qaz göndərə bilər. 

Artıq həm Tehrandan, həm də Vaşinqton və Brüsseldən bu istiqamətdə qarşılıqlı və xoşməramlı mesajlar səslənib. Qalır Qərblə İran arasında ikincinin nüvə proqramı ilə bağlı yekun anlaşma. 

İŞİD-lə ortaq mübarizə zərurəti bu yaxınlaşmanı tezləşdirə bilərdi. Onsuz da Tehrana qarşı sanksiyalar xeyli yumşaldılıb, onun Qərb banklarında dondurulmuş çoxmilyardlı vəsaiti qaytarılıb, diplomatik münasibətlərin bərpası yönündə ciddi addımlar atılıb. İkitərəfli istəyin güclü olması prosesin ən azından yerində saymayacağı ehtimalını gücləndirir. 

Xəbər verildiyi kimi, Avropa Birliyi uzunmüddətli strategiya çərçivəsində İrandan təbii qazın idxalı variantını nəzərdən keçirməyə başlayıb. Bildirilir ki, müvafiq qərar Rusiya ilə münasibətlərin soyuqlaşması, həmçinin Qərbin tədricən Tehranla yaxınlaşması səbəbindən qəbul edilə bilər. Belə əməkdaşlıq üçün isə iki şərtin təmin edilməsinin vacibliyi vurğulanır: mübahisəli nüvə proqramına görə tətbiq olunan sanksiyaların götürülməsi və qaz boru xətti infrastrukturun yaradılması. 

Azərbaycan və Türkiyənin maraqları üçün yeni təhlükə də elə burada “gizlənib”. Çünki İran Ermənistanın mühüm siyasi-iqtisadi tərəfdaşıdır. Və ehtimal böyükdür ki, qaz xətti ən əlverişli, qısa marşrut kimi Ermənistandan keçsin. Güclü erməni lobbisinin Qərb dövlətlərinə təsir imkanları da nəzərə alınsa, məsələnin ciddiliyi çılpaqlığı ilə ortaya çıxacaq. Unutmayaq ki, Qərb çoxdandır Moskva-İrəvan-Tehran geosiyasi oxunu dağıtmağa və İrəvanın Moskvadan asılılığını azaltmağa çalışır. İrandan böyük qaz nəqli layihəsi iki hədəfə birdən çatmağa imkan verir.

O halda, bu, Ermənistan üçün “xilas günü” ola bilər. Çünki təcavüzkar o zaman yüzdə-yüz blokadadan çıxaraq belini dikəldəcək, cırtdan ölkə milyardlara sahiblənib öz iqtisadiyyatını dirçəldəcək, Qarabağ və “soyqırım” məsələlərində dili daha uzun olacaq. Təsadüfi deyil ki, artıq Ermənistanda gələcək meqalayihədən dolayı sevinc hisslərini gizlətmirlər.

Odur ki, Bakı və Ankara təcavüzkarı “xilas planı”nı pozmaq, İrandan Qərbin rüsxəti ilə “böyük nəfəsliy”in açılmasını əngəlləmək üçün indidən siyasi-diplomatik, ekspert səviyyələrində kontur-planlar qurmaq haqda düşünməlidir. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar