Bakıda soyğunçuluq edən şəxs polis tərəfindən saxlanılıb
Bakı şəhər BaşPolis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-si 2014-cü il tarixində M.Əhmədzadə küçəsində Bakı şəhər sakinləri – 1977-ci il təvəllüdlü Əmrah Əsgərlininin və 1998-ci il təvəllüdlü Fuad Abbaszadəninin mobil telefonlarını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Füzuli rayon sakini, 1991-ci il təvəllüdlü Anar Bəylərov tutulub.
Araşdırmalar davam etdirilir.
pia.az