Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beppe Qrillonun adamlarının Azərbaycan kəmərinə qarşı növbəti təxribatı


İtaliyanın cənubundakı Salento bölgəsində Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP kəmərinin tikintisini əngəlləmək üçün yeni təxribatlara start verilib


Virtualaz.org İtaliya KİV-lərinə istinadən xəbər verir ki, ötən həftə TAP şirkətinin Salento bölgəsinin San-Foka rayonunda kəmərin keçdiyi ərazidə yerləşən çoxillik zeytun ağaclarının köçürülməsinə başlamasından sonra prosesi dayandırmaq üçün “No TAP” (TAP-a yox!) komitəsi aksiyalara başlayıb. Polis hələ aksiyalara müdaxilə etmir.

Bu komitəyə İtaliya parlaentində 22 faiz səslə təmsil olunan “5 Ulduz” hərəkatının lideri Beppe Grillo rəhbərlik edir. Bepe Grillonun Rusiya ilə sıx əlaqələri var.



Xəbər verildiyi kimi ötən həftə Salento bölgəsində kəmərin marşrutu üzərində yerləşən 231 çoxillik zeytun ağaclarından 4-ünü köçürüb. Lakin Melandunyo şəhər bələdiyyəsi (Salentonun inzibati mərkəzi) bu köçürmənin qanuniliyini şübhə altına alıb və şəhərsalma, ekologiya landşaft Departamenti MQUOPEP-ə müraciət edib. TAP şirkəti isə bildirir ki, İtaliya Nazirlər Kabinetinin rəsmi icazəsi əsasında hərəkət edir və ağacları köçürülməsinə rəsmi sanksiyası var.

Lakin Melandunyo bələdiyyəsi TAP şirkətinə xəbərdarlıq edib ki, ağacların köçürülməsi dayandırılmasa prokurorluğa müraciət edəcək. “No TAP” komitəsinin fəalları isə ötən gün martın 19-dan başlayaraq zeytun ağaclarının yerləşdiyi ərazidə növbə çəkməyə, piket keçirməyə başlayıblar. Komitə bütün tərəfdarlarını, Salento bölgəsinin sakinlərini kəmərin tikintisini dayandırmaq üçün aksiyalara dəvət edir.



Əgər ağacların köçürülməsi aprelin 30-na qədər başa çatmasa o zaman işlər bu ilin noyabrına qədər təxirə salınmalıdır. Çünki yay aylarında ağacların köçürülməsi onların məhvi ilə nəticələnə bilər. Bu baxımdan Salento bölgəsində baş verənlər kəmərin tikintisini azı yarım il ləngitməyə hesablanıb.

“No TAP” komitəsi bundan əvvəl də TAP kəmərinə qarşı dəfələrlə aksiyalar təşkil edib, hətta kəmərin tikintisini aparan podratçı şirkətin texnikasına hücum olub. TAP şirkətinin ofisinə Molotov kokteyli atılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar