Əgər Rusiya Mövlüd Çavuşoğlunun dediyi kimi Azərbaycanın işğal altındakı 5 rayonunun boşaldılmasını dəstəkləyirsə, onda niyə bu məsələnin həllini yubadır və Kreml rəsmi İrəvana təzyiq etmir? Məncə, vəziyyət bir qədər fərqlidir
Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Rusiyalı diplomatların 5 rayonun azad olunması məsələsilə bağlı Mövlud Çavuşoğlu ilə fikir mübadiləsi apardığını istisna etməyən siyasi şərhçi razılaşmanın indiyə qədər baş tutmamasının səbələrini açıb:
“Prezident İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında böyük dövlətlərin Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması məqsədilə rəsmi Bakıya təzyiq etdiyini açıqladı. Demək ki, Rusiya 5 rayonun qeyd-şərtsiz azad olunmasına razı deyil, bunun əvəzində Dağlıq Qarabağda referendumun keçirilməsini istəyir. Bu isə Azərbaycanın maraqlarına ziddir”.
Qeyd edək ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş rayonlarından ən azı beşinin qaytarılması məsələsinin gündəmdə olduğunu bildirib.
pia.az