Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Bankın əsl sahibi süpürgəçi çıxdı


Artıq il yarımdır ki, ölkə mətbuatı bir vaxtlar xüsusi xidmət orqanlarının qanadları altında sığınacaq tapmış bankirin-Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin dəhşətli maliyyə fırıldaqları haqda yazır


 Hazırda məhkəməsi gedən C.Hacıyevin nəzarət səhm paketi dövlətə məxsus olan bankın on milyonlarla manat 

vəsaitini xaricdəki şübhəli layihələrə ötürmək üçün sürücüsünün, qəpik-quruş maaş alan tələbə yoldaşının, bağbanın 

və digərlərinin adına necə rəsmiləşdirdiyi artıq məlumdur. Lakin belə görünür ki, C.Hacıyevin əməlləri barədə 

sensasiyalar hələ də tükənməyib.

Məlumdur ki, C.Hacıyev və ailəsi Beynəlxalq Bankın özəl səhmdarları arasında yer alıb. İşdən çıxarılandan sonra bu 

səhm paketini bankın borclarının əvəzində onun əlindən alıblar. Lakin kimin ağlına gələ bilərdi ki, ölkənin ən iri 

bankının sahiblərindən biri də adi süpürgəçiymiş!

Bəli, hüquq-mühafizə orqanlarından virtualaz.org-a daxil olan mötəbər məlumata əsasən məhz belədir. Süpürgəçi, 

adi ev qulluqçusu Əmiraslanovna Vera Sergeyevna Azərbaycan Beynəlxalq Bankının 10 milyon 33 min manatlıq 

səhm paketinin mülkiyyətçisidir. Bu, manatın dəyərdən düşməsinə qədər olan məbləğdir və o vaxtkı məzənnə ilə 

12.5 milyon dollar edir. Başqa sözlə, süpürgəçi Vera Sergeyvna əslində milyonerdir.



Oxucularda dərhal sual yarana bilər-axı necə olur ki, 12.5 milyonu olan Vera Sergeyevna süpürgəçi, ev qulluqçusu 

işləyir? Məsələn, Havay adalarında istirahət etmir və ya gününü yaxta gəzintisində keçirmir?

Lakin Vera Sergeyevna hind kinolarındakı kimi zəngin babasının oan miras qoyduğu milyonlardan xəbərsiz, kasıb 

yaşayan adi süpürgəçi deyil-cənab Hacıyevin evinin qulluqçusudur və bu detal milyonçu qadının necə süpürgəçi 

işləyə biləcəyinə dair oxucularda yaranan haqlı heyrətə son qoyur. Yəni söhbət C.Hacıyevin daha bir maliyyə 

maxinasiyasından-bankın əhəmiyyətli həcmdə səhm paketini nəyə görəsə öz ev qulluqçusunun adına 

rəsmiləşdirməsindən gedir. 

Və belə məlum olur ki, qulluqçu qadının özünün əslində Beynəlxalq Bankın iri səhmdarlarından biri olduğu haqda 

xəbəri yoxmuş. Necə ki, adlarına on milyonlarla manat kredit rəsmiləşdirilən, indi məhkəmə qarşısında bu cür 

məsuliyyətin altına necə girdiklərini izah edə bilməyən sürücü, adı bank işçisi, keçmiş tələbə yoldaşı və digərləri kimi...


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar