Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bizim illərlə dediklərimiz...


Yaxud Razi Nurullayev necə “vətən xaini” elan ediləcək


Razi Nurullayev AXCP-dən – partiya sədrinin müavini vəzifəsindən getdi. Başqa cür ifadə etsək, Əli Kərimlinin ətrafında indiyədək qalmış - barmaqla sayılacaq qədər azsaylı ağıllı, siyasətin nə olduğunu bilən adamlardan daha biri onunla vidalaşdı. Razi bəy uzun illərin siyasətçisidir, intellektli bir şəxsdir. Çox yaxın münasibətlərimiz olmasa da, onun normal bir şəxs olduğunu bu illər ərzində müşahidə etmişəm. Onun partiyadan uzaqlaş(dırıl)masının səbəbi haqda yaydığı bəyanat əslində, olduqca düşündürücüdür. Bu bəyanat həm bəndənizin uzun zamandır Əli Kərimlinin siyasətinin mahiyyəti barədə yazdığının təsdiqidir, həm də onun öz ətrafındakı insanlara münasibətini “mətbəxdə” müşahidə etmiş sabiq sədr müavinin etirafıdır, uca millətimizə...

Razi Nurullayevin bəyanatında Əli Kərimlinin nə cür siyasət yürütməsi haqda bütün detallar öz əksini tapır; onun açıqlaması musavat.com saytında dərc olunub. Onun yaydığı bəyanatda bir məqam xüsusi ilə diqqətimi cəlb etdi və mən zaman-zaman bu haqda yazmışam. Sitat: "Bu gün cibində 20 qəpik marşrut pulu olmayan cəbhəçinin istismarına qarşıyam. O cəbhəçi ki, həyatının ən gözəl bahar çağlarını hörmətli Əli Kərimlinin nəticə verməyən siyasətinə qurban verib. Hörmətli Əli bəyin mübarizəsinin şəxsi hisslər üzərində qurulduğunun inancındayam. İllərlə eyni pencək geyinən, eyni çəkmə geyinən, brend mağazadan paltar ala bilməyən, “tolkuçka”larda ən ucuz pal-paltar gəzən fədakar cəbhəçi ürəyimi parçalayır. Biz cəbhəçilərin portağal kimi sıxıb suyunu çıxarmışıq. Sonra da bir küncə atıb, yeni bir cəbhəçi axtarışına çıxmışıq. Mən bu prosesin iştirakçısı olmaqdan imtina edirəm"....

Bəli, mən illərdir həm də bu siyasətinə görə Əli Kərimlini tənqid etmişəm, indi bunu öz müavini olmuş Razi bəy deyir! Yüzlərlə gənc Əli Kərimlinin siyasətinin qurbanı olub; türmələrə düşüblər, işdən çıxarılıblar, ən çətin durumlara düşüblər. Təbii, siyasətə, hər hansı partiyaya heç kimi zorla tutub gətirmirlər. Ancaq səmimi şəkildə, çağırışlara, kənardan baxanda yaranan “sağlam” görüntüyə inanaraq siyasi təşkilata üz tutan gənclərdən, gənc olmayanlardan özünün ambisiyaları, maraqları üçün istifadə edirlər, sonra isə onları çarəsiz durumda buraxırlar. Bunu təkcə Razi Nurullayevlə mən demirik. Bunu həm də bir müddət öncəyə qədər AXC sədrin müşaviri olmuş Zərifə Məhyəddinova da fevralın 20-də öz facebook statusunda bir fakta söykənərək yazıb. O qeyd edib: 

“Sumqayıtda bir cəbhəçi -  kasıb, qaçqın bir ailənin xəstə, astma olan oglu həbs olunmuşdu. Məhkəməsində iştirak etmişdik... Bir müddət sonra gəncin valideynləri prezidentdən oğullarının azad edilməsini xahiş etdilər. Onun azad olunması məsələsi gündəmdə olanda partiyanin başbilənlərindən biri nə etsə yaxşıdır? Facebookda bu gəncin həbs olunana qədər yazdığı bütün statusları ardıcıllıqla paylaşdı ki, birdən bu gənci azad edərsən haa, bax haqqinda vaxt ilə nələr yazıb”. Nəticəni özünüz çıxarın...

Bəli, Razi Nurullayevin dediyi kimi, AXCP-də demokratiya-filan yoxdur! Burada ancaq Əli Kərimliyə və onun bəsit maraqlarına xidmət etməlisən, onun oliqarxlar kimi yaşaması üçün vuruşmalısan, əgər bir gün fərqli fikrə düşsən, yaxud zəlil durumdan qurtulmaq istəsən, səni “vətən xaini” edəcəklər. Bu adamlar onları tənqid edənləri, onlar kimi düşünməyənləri zaman-zaman belə ləkələməyə çalışıblar. 

İndi baxarsınız, Əli Kərimlinin ətrafındakı zombi dəstəsi – hansı ki, onlar Razi Nurullayevlə müqayisə olunacaq səviyyədə də deyillər, bossun tapşırığı əsasında sosial şəbəkələrdə onu da “xain” çıxaracaqlar. Hansı ki, onlar nəticə çıxarmağa məhkumdurlar... (musavat.com)
    
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar