Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bjezinski Qarabağ münaqişəsinin həlli yollarını açıqladı


Praqmatik amerikalı politoloq kimi tanınan ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bjezinski Cənubi Qafqazda gedən geosiyasi proseslərlə bağlı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə dair maraqlı fikirlər söyləyib


Məlumata görə, məşhur politoloq Z.Bjezinski bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son qərarı yalnız tərəf olan iki ölkə - AzərbaycanErmənistan verməlidir:
 
"Tərəflərdən hər hansı biri  münaqişənin tezliklə həllini istəyirsə, o zaman özü müstəqil qərar qəbul etməli və heç kəsin müdaxiləsinə imkan verməməlidir".
 
Z.Bjezinski ABŞ hakimiyyətinin də əsas mövqeyinin bundan ibarət olduğunu bəyan edib.
 
Onun sözlərinə görə, Cənubi Qafqazda, o cümlədən Ermənistanda Rusiya hərbi varlığının davam etməsi münaqişənin mümkün həllinə ciddi əngəl törədir:
 
"ErmənistanAzərbaycan münaqişəni özləri həll etmək istəyir. İnanmıram ki, tərəflərdən hər hansı biri problemin müharibə yolu ilə həllini istəsin. Onsuz da istənilən halda münaqişə siyasi həll yolunu tapacaq. Müharibə olarsa, bu heç bir tərəf üçün faydalı olmayacaq.
 
Odur ki, münaqişənin ən yaxşı həlli yolu tərəflərin öz aralarında danışıqlar yolu ilə dil tapmasıdır".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Ən çox oxunanalar