Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün ölkəmizdə Bilik Günüdür


Bu tədris ilində Azərbaycanda 138 min nəfərdən çox uşaq birinci sinifə gedir


Bu gün Azərbaycanda Bilik Günüdür. PİA.AZ Trend-ə istinadən xəbər verir ki, 2014-2015-ci tədris ilində 1692 gənc müəllim ilk dəfə sinifə daxil olaraq öz vəzifələrinin icrasına başlayacaq.

Bu müəllimlər təhsil sahəsində ilk dəfə olaraq “müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.

Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Bilik Günündə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.

Bu tədris ilində Azərbaycanda 138 min nəfərdən çox uşaq birinci sinifə gedir.

Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.

Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olunan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.

Orta təhsilini qızıl və gümüş medallar almaqla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.

Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar