Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Corc Soros - milyarder, yoxsa, fırıldaqçı


Açıq Cəmiyyət İnstitutu rəhbərinin həyat hekayəsi


ABŞ mediası Açıq Cəmiyyət İnstitutunun sədri Corc Sorosun 7 milyard dollar vergi borcu olduğunu ortaya çıxarıb. 

Birləşmiş Ştatlar mediası yazır ki, milyarder qanunvericilikdəki boşluqlardan yararlanaraq vergi ödəməkdən yayınıb. Vergi orqanları borcun ödənməsi üçün yaxın günlərdə prosedurlara başlamağa hazırlaşır.

Günümüzün ən zəngin adamlarından olan Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Sorosu bəzi çevrələr xeyriyyəçi, bəziləri qiyamçıların dəstəkçisi, bəziləri isə böyük maliyyə maxinatoru adlandırır. Haqqında kəskin fərqlənən fikirlərin olmasına baxmayaraq Sorosu bütün çevrələr nüfuzlu şəxs kimi qəbul edir. Forbes dərgisinin hesablamalarına görə, Soros 30 milyard dollara sahibdir. 

Corc Soros 1930-cu il avqustun 12-də Budapeştdə macar və yəhudi əsilli ailədə doğulub. Onun Slovakiya, Ukrayna kimi şərqi Avropa ölkələrinə yatırımı Birləşmiş Millətlər Təşkilatının bölgəyə yatırımını üstələyir. Sorosun xeyriyyəçi kimi tanınmasında bu faktorun rolu böyükdür. Sorosu digər xeyriyyəçilərdən fərqləndirən əsas cəhət yalnız sosial deyil, siyasi layihələrə də yatırım ayırmasıdır. Fəaliyyətini çək-çevir edən bəzi ekspertləri iddia edir ki, Soros bu yolla ölkələrin daxili işlərinə qarışır. Corc Soros bu iddiaları sakit qarşılayır, heç bir səs-küylü bəyanatlar vermir: “Mənim rəngli inqilablarda suçlanmağım Rusiya təbliğatının nəticəsidir. Dünyanın hər yerində demokratik inkişaf layihələrini dəstəkləyirəm. Keçmiş MDB məkanında olsun, ya Liberiyada, Nepalda olsun, bizim üçün fərq etməz”.  

Həyatı haqqında danışan Soros deyir ki, London Economy Schoolda təhsil alarkən müəllimi Karl Popperin açıq toplum fəlsəfəsindən çox etkilənib. Professional həyatına başlayarkən açıq cəmiyyətlərin inkişafına dəstək verməyi məqsəd seçib.  



Sorosu təkcə inqilabi proseslərə dəstək verən ölkələrin iqtidarları deyil, ABŞ-dakı bir sıra cameələr də sevmir. Onun ABŞ prezidentlərindən Corc Buşla kəskin münasibətləri isə heç kim üçün sirr deyil. Milyarder düşünür ki, Buş özünün uğursuz iqtisadi siyasəti ilə açıq iqtisadiyyatlar haqqında dünyada mənfi imic formalaşdırıb. Eyni zamanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini hüquqi maneələr yaratmaqla açıq cəmiyyət quruculuğunu ləngidib. Corc Buş isə Sorosu ən böyük tənqidçisi adlandırır.

Milyarder belə demək mümkünsə, sonradan Corc Soros olub. Dünyaya gələndə atası Tivadar Şvarts onun adını Dord qoyub. Tivadar Şvarts Budapeştin sıradan bir ailəsindən çıxan yəhudi cameəsinin nüfuzlu hüquqşünaslarından idi. Ədəbiyyata da maraq göstərən Tivadar Şvarts ədəbi dərgi təsis etmişdi, o, özünün qələmini arada bir hekayə və povest janrlarında sınayırdı. Sorosun anası Erzebet Suts isə çox nüfuzlu və varlı yəhudi ailəsinin qızı olub.  

Atası haqqında danışan Corc Soros deyir ki, təhlükəni dəf etməyi, risklərdən həzz almağı atasından öyrənib. Tivadar Şvarts həyatı boyu nüfuzlu şəxslərə vəkillik xidməti göstərib, qazandığı pulların qarşılığında isə dəbdəbəli həyat yaşayıb, əyləncəyə, ekstrimlərə düşkün olub. Onun ən sevdiyi məşğuliyyəti isə birjadan para qazanmaq imiş. O, bu işə qumar kimi baxırmış.



1914-cü ildə Tivadar I Dünya Savaşına gedir. Bu haqda danışan Soros deyir ki, atasını cəbhəyə aparan vətənpərvərlik duyğuları yox, “riskləri və ekstrimləri hiss etmək üçün belə bir unikal imkanı əldən verməmək” həvəsi imiş. Onun cəbhə həyatı həyəcanlı anlarla zəngin olub. Avstriya-Macarıstan tərəfdə vuruşan Şvatsı ruslar əsir alaraq Sibirdəki əsir düşərgəsinə gətirib. Ancaq o, buradan qaçmağı və aylarla davam edən yolçuluqdan sonra Budapeştə çatmağı bacarıb. 

Soros deyir ki, atası nə ona, nə də qardaşı Pola korluq verməyib. Kiçik yaşlarında belə cibxərcliyinin sərhədi yox imiş. Atası deyirmiş ki, çox pul uşaqlarda bədxərclik yox, onu idarə etmək bacarığı formalaşdırır. Ancaq bir müddət sonra ailənin gəliri azalır. Gənc yaşlarında Sorosu böyük pullar qazanmağa da uşaq yaşlarından gördüyü zəngin həyata geri dönmək istəyi təhrik edir. Gənc yaşlarında yaşadığı maddi sıxıntılar isə Corc Sorosun xeyriyyəçiliklə məşğul olmasına səbəb olur.



1936-cı ildə Avropada faşizm küləkləri əsərkən onlar yəhudi Şvarts soyadını macar Şoroşa dəyişirlər. Bu yolla da 1944-cü ildə Hitler Almaniyası Macarıstanı işğal edəndə yəhudilərə qarşı repressiyalardan qurtulurlar. Həmin dönəmdə faşist Almaniyası 440 000 macar yəhudisini qətlə yetirmişdi.

Corcun 17 yaşı olanda o, Budapeştdən köçməyə qərar verir. Şəhər seçimində atasının tövsiyəsi belə olur: “Ya sosializmin nə olduğunu görmək üçün Moskvaya get, ya da Londonu seç – orda BBC var”. Corc Britaniya paytaxtını seçir. Burada onu II dünya savaşı dönəmində atasının saxta sənədlər düzəldərək Macarıstandan çıxmalarına yardımçı olduğu qohumları himayəyə alır. Ancaq London həyatı çətin olur. Soros yazır ki, Londonda tez-tez ac qalırmış, pulsuzluq və işsizlik onu tez-tez sarsıdırmış.

1949-cu ildə o, London İqtisad Məktəbinə daxil olur və 3 il sonra məktəbi yüksək göstəricilərlə başa vurur. Təhsil müddətində o, keçinmək üçün günəmuzd işlərdə çalışır. Ətriyyat fabrikində yük daşıyır, Uels sahillərində turistlərə xırdavat satır, restoranlarda ofisiant işləyir, vağzalda yük daşıyır. Soros yazır ki, həmin dönəm onun ən böyük arzusu banklardan birində işə düzəlmək olur. Soros mühasibatlıq təcrübəsini öz şəxsi büdcəsini idarəedilməsindən başlayır: “Hər gün büdcəmə ən yaxşı halda dörd funt-sterlinq əlavə edə bilirdim. Öz gəlirlərimi və xərclərimi dəqiq hesablayır, büdcəmi qənaətlə xərcləməyə çalışırdım”.

Nəhayət, 1953-cü ildə onu “Singer və Fridlander” şirkətinin mühasibatlığında işə götürürlər. Bu şirkət qızıl mədənlərinin aksiyalarının satışı ilə məşğul olurdu.

Qısa zamanda yaxşı gəlir əldə edən Corc Soros uğurlu biznes fəaliyyətinə başlayır. 1956-cı ildə o, artıq varidatını yarım milyon dollara çatdırmaq üçün ABŞ-a yola düşür. ABŞ-da o, beynəlxalq arbitrajda çalışmağa başlayır, bir ölkədən qiymətli kağızlar alıb digər ölkələrə satışını təşkil edir. Gəlirləri çoxaldıqca Soros biznesin yeni sahələrində özünü sınayır. Təcrübəsi, proseslərə elmi yanaşması ona milyardlar qazandırır.



Onun adı dəfələrlə maliyyə maxinasiyalarında da hallanıb. 1992-ci il sentyabrın 16-da onun birja maxinasiyalarından 10 milyard qazandığı iddiaları uzun müddət dünya mediasında dolaşdı. London birjasında baş tutan bu əməliyyatdan sonra İngiltərə funts-sterlinqi ABŞ dollarına nisbətdə xeyli dəyərdən düşdü və bundan sonra İngiltərə Bankı kütləvi valyuta intervensiyası həyata keçirməyə məcbur oldu. Sorosun gəlirlərinin heç də hamısının sağlam və şəffaf qaynaqlardan olmadığını bildirən şəxslər iddia edir ki, 1992-ci ildən sonra Soros dünya birjalarında 17 iri maliyyə maxinasiyası təşkil edib və külli miqdarda pul qazanıb.

Corc Soros buna görə məhkəməyə də verilib. Paris Məhkəməsi birja əməliyyatlarından öncə məxfi məlumatları qanunsuz yollarla ələ keçirdiyi üçün milyarderi 2,2 milyon avro cərimələyib. Qətnamədə göstərilir ki, Soros Fransanın Societe Generale bankı ilə qanunsuz əməliyyatlardan 2 milyon avro əldə edib.

Yaşlı Corc Soros isə haqqında səslənən bütün iddialara dözümlü yanaşır. Sonuncu müsahibələrindən birində milyarder deyir: “Bəxtim gətirib ki, atam heç zaman hamı kimi hərəkət etmirdi. 1944-cü ildə o, soyadımızı dəyişmək qərarı almaqla ailəmizi ölümdən xilas etdi. Əgər biz də hamı kimi davransaydıq, yəqin ki, öləcəkdik. İnsanların çoxu ölümdən qurtulmaq üçün heç bir addım atmırdı. Ancaq mənim atam ölüm təhlükəsi varsa, böyük risklərə getməkdən çəkinmirdi. 

Savaş dönəmində qazandığım təcrübə, atamdan öyrəndiklərim mənə bunu diqtə edir – risk etməsən, hər şeyini, hətta həyatını da itirə bilərsən”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar