Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 160-172-ci kilometrlik hissəsində aparılan cari təmir işləri yekunlaşmaq üzrədir
Azəryolservis ASC-dən Axar.az-a verilən məlumata görə, sözügedən ərazidə yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib.
Bundan sonra yolun ümumilikdə 13 min kvadrat metr sahəsinə yeni asflat-beton örtüyü döşənib.
Aparılan təmir işləri zamanı hərəkət hissəsinin eni 7,5 metr olan yolun çiyinlərində də bərkidilmə aparılır.
pia.az