Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əblüfəs Qarayev Adamsı qəbul etdi


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti Erik Adamsı qəbul edib


Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, görüşdə mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələr müzakirə olunub, gələcək əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb.
 
Ə. Qarayev Bruklin inzibati rayonundan Bakıya istedadlı, gənc uşaqlar üçün mədəni mübadilə proqramının yaradılmasını təklif edib.
 
Mədəniyyət və turizm naziri 2017-ci ildə Bakı şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verib və  nümayəndə heyətini bir çox ölkənin yüksək səviyyəli dövlət rəsmilərini, ekspert və media nümayəndələrini bir araya gətirən Forumda iştirak etməyə dəvət edib.  
 
E. Adams ikitərəfli əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib və mədəni mübadilə proqramının həyata keçirilməsi təklifini yüksək qiymətləndirib. Bu istiqamətdə görülən işlərin həm mədəniyyət, həm də turizm sahəsində ikitərəfli əlaqələrə müsbət təsir göstərəcəyini qeyd edib.
 
Qeyd edək ki nümayəndə heyətinin 30 avqust – 3 sentyabr tarixində Azərbaycana səfəri çərçivəsində  bir sıra rəsmi görüşlərlə yanaşı, Azərbaycan Xalça Muzeyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna və Heydər Əliyev Mərkəzinə ekskursiyaları nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar