Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudov saxta dərmanları ölkəyə kimin vasitəsi ilə gətirib?


Erməni əsilli olduğu iddia olunan Vəfadar adlı sirrli iş adamı kimdir?


Bir müddət əvvəl mətbuatda “Azərbaycanın erməni əsilli iş adamını MTN necə soyub? - “Odlar Yurdu” apteklər şəbəkəsinin sahibi ələ keçdi və…” adlı məlumat dərc olunmuşdu. 

Həmin məlumatda göstərilirdi ki, Azərbaycanda “Odlar Yurdu” apteklər şəbəkəsinin sahibi kimi tanınan Vəfadar adlı şəxs erməni əsilli olması ilə yanaşı eyni zamanda “VelqaFARM” şirkəti markası ilə Türkiyədə dəyəri 3 milyard dollara yaxın olan dərman zavodu çalışdırır. Vəfadar adlı şəxsin əslində erməni kökənli olması keçmiş MTN rəhbərliyinin diqqətini cəlb edib və təxminən 7-8 il əvvəl Vəfadar adlı şəxs MTN generallarının hədəfinə çevrilib. Məlumatda göstərilirdi ki, hazırda Bakıdakı “Kığılı” kimi nüfuzlu brendlərin də sahibi olan Vəfadar MTN rəhbərliyinə 100 milyon dollara yaxın XƏRAC ödəsə də, bu gün cəsarət edib haqqını tələb edə bilmir. Çünki iş adamının MTN rəhbərliyi ilə çoxlu “qara işləri” var və Vəfadar həmin işlərin ortaya çıxmasını heç bir zaman istəməz.

Qeyd edək ki, həmin məlumatı yayan bir sıra medialar qısa aradan sonra bu məlumatı öz resurslarından sildilər. Və yuxarıda adı çəkilən və erməni əsilli olduğu iddia olunan Vəfadar adlı şəxs ANAXEBER.AZ saytının baş redaktoruna zəng edərək hədələyib və yazını saytın resursundan çıxarmağı tələb edib. Qeyd edək ki, erməni əsilli olduğu iddia olunan iş adamı əvvəl baş redaktoru məhkəməylə hədələsə də, baş redaktor yazını saytdan silmək tələbini tamamilə rədd edib və bütün məsələləri hüquqi yolla həll etməyə hazır olduğunu qeyd edib. Eyni zamanda baş redaktor gərəkirsə təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edə biləcəyini də qeyd edib. 

Məsələ ilə saytın apardığı araşdırmalar isə maraqlı faktları ortaya qoyub. Belə ki, Vəfadar adlı şəxs haqqında məlumat toplamaq çox çətin olsa da, bu barədə topladığımız məlumatldarda bir məsələ çox açıqdır. Səhiyyə Nazirliyndə çalışan mənbənin bildirdiyinə görə 7 ildən çoxdur ki, Azərbaycana saxta dərmanlar, o cümlədən keyfiyyətsiz dərmanlar məhz Eldar Mahmudovun birbaşa himayəsi altında “VelqaFARM” şirkəti vasitəsi ilə ölkəyə gətirilib. Bu dərman biznesitndən isə külli miqdarda qazanc əldə olunub. Belə ki, ölkəyə gətirilən dərmanların böyük hissəsi məhz “VelqaFARM” şirkətində qablaşdırılıb. Xaricdən alınan keyfiyyətli dərmanların bir qayda olaraq içi dəyişdirilib. “VelqaFARM” şirkətində istehsal olunan keyfiyyətsiz dərmanlar Azərbaycana gətirilib və əsil dərmanlar isə elə Türkiyədə satılıb. Bu böyük maxinasiyaya isə birbaşa Eldar Mahmudovun özünün nəzarət etdiyi bildirilir. Bu üzdən də Səhiyə Nazirliyi baş verənlərə göz yummaq məcburiyyətində qalıblar. Qeyd edək ki, Səhiyyə Nazirliyndə bu işlərə nəzarəti həyata keçirən və Eldar Mahmudova bağlı olan şəxs hələ də vəzifə başındadır və Oqtay Şirəliyevə çox yaxın olan həmin vəzifəlinin işdən azad olunacağı gözlənilmir. Xatırladaq ki, mənbə həmin şəxsin adını açıqlamaq istəmədi.

MTN-nin Səhiyyə Nazirliyndəki və dərman biznesindəki şəbəkəsi, həmçinin “Odlar Yurdu” apteklər şəbəkəsinin və “VelqaFARM” şirkətinin sahibi Vəfadar haqqında daha geniş və dolğun məlumatlarla növbəti yazımızda oxucularımızın diqqətinə cəlb edəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: anaxeber.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü

Ən çox oxunanalar