Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudovun “meyiti” niyə tapılmadı?

Sabiq nazirin ölüm xəbəri təkzib edilsə də, onun harada olmasını kimsə bilmir...


Eldar Mahmudovun həbs xəbərlərinin ardından onun ölümü haqda iddialar da təsdiqlənmədi. 

1 il əvvəl meydan sulayan, sahibkarlara, dövlət qurumlarının rəsmilərinə qan udduran milli təhlükəsizlik nazirinin öldü-qaldısından rəsmi xəbər yoxdur. Onun ölüm xəbəri yayılanda həyat yoldaşı Tahirə Mahmudova dedi ki, ərinin səhhətində problemlər var, Eldar Mahmudovun ölüm xəbəri yalandır. 

Amma yenə də müəmmalar davam edir; məlum deyil ki, sabiq nazir haradadır. O, səhhətindəki problemlərin aradan qaldırılmasını  harada, hansı həkimlərə etibar edib. Fakt odur ki, 2015-ci il oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılan Eldar Mahmudovun bu günə qədər harada olduğu bilinmir. Ara-sıra onun həbsi, xarici mətbuata məlumatlar ötürməsi xəbərləri üzərindən sabiq nazirin sağ olması haqda nəticələr çıxarmağa əsas verən məlumatlar yayılır. Bəlkə həmin məlumatlar bilərəkdən yayılır?.. 

Eldar Mahmudovun qəfil “ölümü” sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilmişdi. Nazirin öldüyü haqda xəbərləri onun aradan götürülməsinə görülən hazırlıq kimi qiymətləndirənlər də az deyildi.

Hətta belə iddialar da vardı ki, Eldar Mahmudov ölüb, onun meyitini gizli şəkildə Naxçıvana aparıb orada dəfn ediblər. Sabiq nazirin Naxçıvanda dəfn edilməsi muxtar respublikada qohumlarının-yaxınlarının məzarlarının olması ilə izah olunurdu. Sabiq nazirin gizli şəkildə dəfn edilməsi isə onun düşmənlərinin məzarına ziyan vura bilməsi ehtimalı ilə əlaqələndirilirdi... 



Məsələ ondadır ki, Eldar Mahmudov 2004-cü ildə vəzifəyə təyin ediləndən sonra onun düşmənlərinin sayı durmadan artıb. Günahı, suçu pul qazanmaq olan iş adamlarını Eldar Mahmudovun hüzuruna aparıb döyüblər, işgəncə veriblər, ailələrini dağıdıblar. Bütün bunlar 1 məqsədə xidmət edib - pul qoparmaq. Və illər ötdükcə iştah artıb, nahaq yerə döyülənlər, həbsə atılanlar, şikəst, zəlil gününə salınanlar çoxalıb, orduya çevrilib. 2015-ci il oktyabrın 17-də verilən qərarı həmin adamların sırasından sağ qalanlar  illərcə gözləyiblər. Bu adamlar Eldar Mahmudovun üzərində ədalətli məhkəmə gözləntilərinin doğrulacağı bir vaxtda onun ölüm xəbəri gəlib. Belə bir şəraitdə sabiq nazirə yönələn qəzəb, kin-küdurət əsəbləri tarıma çəkilmiş, milyonları əllərindən çıxmış, bir anın içində həyatın dibinə atılmış insanların diqqətini sabiq nazirin ölümünə yönələ bilərdi...



Yada salaq ki, 2004-cü ildə vəzifəyə təyin ediləndən 7-8 ay sonra, 2005-ci ilin martında Eldar Mahmudovun rəhbərliyi ilə “Qara Kəmər” əməliyyatı həyata keçirildi. Həmin əməliyyatla illərlə bağlı qalan adam oğurluqları və sifarişli qətl işlərinin bir qisminin üstü açıldı. Əməliyyat E.Mahmudovun özünü milli təhlükəsizlik naziri kimi təsdiqləməsinə, qara kəmərini açıb kreslosunda əsaslı şəkildə oturuşmasına, qara əməllərini həyata keçirməsinə yol açdı.

Məlum oldu ki, adam oğurlayan bandaya DİN-in zabiti olmuş Hacı Məmmədov rəhbərlik edib. Həmin Hacı Məmmədov məhkəməsində bir epizod üzrə danışarkən fikrini “ətdirsə, pişik hanı, pişikdirsə, ət hanı” sualı ilə davam etdirmişdi. Eldar Mahmudovun şəxsi arestantına çevrilmiş Hacı Məmmədovun bu sualını bir qədər başqa formada söyləsək, “ölübsə, meyiti hanı, diridirsə, hardadır” şəklində verə bilərik... 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar