Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elman Rüstəmovun yaxın ətrafı əndişə içində


Mərkəzi Bankın sədrinin biznes imperiyası təhlükədə


Mərkəzi Bankın sədri haqda veriləcək qərar biznes imperiyasına daxil olan yaxınlarını da narahat etməyə başlayıb

Aprel ayında səlahiyyət müddəti bitəcək Mərkəzi Bankın sədri Elman Rüstəmova yenidən etimad göstərilib-göstərilməyəcəyi təkcə bank sektorunun deyil, həm də cəmiyyətin yaxından izlədiyi prosesə çevrilib.

Bu barədə mia.az-a verilən məlumata görə, bu ay səlahiyyət müddəti bitəcək Elman Rüstəmovun yenidən Mərkəzi Bankın sədri təyinatı ilə bağlı hakim dairələrdə ciddi fikir ayrılığı var:

 «Əleyhdarları 1995-ci ildən Mərkəzi Bankın sədri vəzifəsini icra edən Elman Rüstəmovla yolların ayrılmasını vacib hesab edirlər. Xüususi ilə Mərkəzi Bankın 21 fevral tarixində Azərbaycanda valyuta məzənnələri ilə bağlı gözlənilməz qəfil qərarından sonra hakimiyyətə yönələn mənfi rəylərdən sonra rəqibləri onun gedişinin məqsədəuyğun olmasının üzərində israrlı dayanırlar.  Ancaq Elman Rüstəmovun hakim dairələrdə ciddi dəstəkçiləri də var. Onlar baş bankirin peşəkarlıqdan daha çox, bir neçə faktora görə vəzifəsində saxlanılmasının tərəfdarıdırlar. Ən əsası isə hələ Azərbaycan manatı ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi bir dönəmdə onlar Elman Rüstəmovun vəzifədə saxlanılmasını, ən son anda isə bütün suçu onun üzərinə yönəltməklə vəzifədən alınmasını məqbul sayırlar».

Məlumata görə, Elman Rüstəmovun yaxın çevrəsi də aprelin əvvəlində gözlənilən qərarla bağlı həddən artıq əndişəlidirlər:

«Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyevin istefasından sonra Elman Rüstəmov və yaxın çevrəsi həyəcanlıdırlar. Onlar hər an Elman Rüstəmovun da yola salınacağını gözləyirlər. Hətta Elman Rüstəmovun bəzi yaxınları, xüsusi ilə biznes imperiyasında «kilid nöqtələr»dən biri olan Həşim Hüseynovun bu gedişlə bağlı xüsusi tədarük görməsi haqda da müəyyən informasiyalar var».

Həşim Hüseynovun kimliyinə gəlincə, müsahibimiz bu barədə hələlik ətraflı danışmaq istəməyib. Yalnız onu deyib ki, həmin şəxs Elman Rüstəmovun yaxın ətrafında və biznes imperiyasında əsas füqurlardan biri olmaqla, «Azəriqaz» İB, «Azərsu» ASC kimi iri dövlət şirkətlərinin nəhəng layihələrində çox böyük məbləğli tenderlərdə "dəyişilməz qalib”lər arasında olur:

«Bu adam, onun şirkətləri, sahibi olduğu daşınar və daşınmaz əmlaklar haqda sizə ətraflı məlumat verərəm. Deyə bilərəm ki, «kölgə»də gizlənən bu iş adamı çox böyük sərvətlərə sahib olmaqla, Mərkəzi Bankın 21 fevral qərarı ərəfəsində bir neçə «əməliyyat»la yadda qalıb. İndisə o, Elman Rüstəmovun vəzifəsini itirəcəyindən bərk narahat olmağa başlayıb. Onun hətta bu təhlükəni nəzərə alaraq, digər nüfuzlu məmurların «qanadı»nın altına sığınmağa hazır olması haqqında da ciddi iddialar var. Əgər Elman Rüstəmovun "vurulma» qərarı reallaşarsa, o zaman onun "gəmisi”ni ilk tərk edənlərin başında da sözügedən iş adamı gələcək...”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar