Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğludan Lukaşenkonun Bakı səfərinə münasibət


Politoloq: “Lukaşenkoya yeni bazarlar lazımdır. Fikrimcə, Belarus prezidentinin Azərbaycana gəlişi bununla bağlıdır”


PİA.AZ xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərinə münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, bu gün Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başlayıb.  Səfər çərçivəsində tərəflərin Belarus-Azərbaycan münasibətlərinin hazırkı durumu və inkişaf perspektivləri, o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, korporasiya layihələri, investisiya, kənd təsərrüfatı və idman sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəkləri və yekununda bir sıra sənədlərin imzalanması gözlənilir. 

Politoloq  Elxan Şahinoğlu Lukaşenkonun Bakı səfəri ilə bağlı fikirlərini rəsmi “facebook” səhifəsində oxucuları ilə bölüşüb:

“Belarus prezidenti Aleksandr Lukaşenkoya yeni bazarlar lazımdır. Fikrimcə, Belarus prezidentinin Azərbaycana gəlişi bununla bağlıdır. Digər tərəfdən, Belarusla Azərbaycan arasında ortaq müəssisələrin yaradılması aktual mövzulardan biridir. Məsələn, Belarusun ağartı məhsulları keyfiyyətlidir. Mikayıl Müşfiqin heykəlinin yaxınlğında Belarus məhsulları satan dükan var, necə nəfər tanıyıram ki, ağartı və digər ərzaq məhsullarını həmin yerdən alır. Qiymət də münasibdir.

Lukaşenko Rusiyadan narazıdır. Baxmayaraq ki, iki dövlət müttəfiq sayılırlar və Avrasiya İqtisadi Birliyi adında ortaq bazarları var, ancaq Minsk narazıdır. Lukaşenko haqlı olaraq deyir ki, bu necə müttəfiqlik və ortaq bazardır ki, Belarus məhsullarını Rusiya bazarına buraxmırlar. 
Lukaşenko ona eyham vurur ki, Rusiya Belarusun yeyinti məhsullarının yüksək keyfiyyətindən və aşağı qiymətindən çəkinir. Belarus mallarını Avropaya da çıxış imkanları yoxdur. Ona görə də Lukaşenko məcbur qalıb kiçik bazarlar axtarışına çıxıb”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Premyer Liqa: "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Ən çox oxunanalar