Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan hansı variantı secəçək- MHP ilə koalisiya, yoxsa təkrar seçki?


Bu gün Türkiyədə koalisiya hökumətinin qurulması ilə bağlı AKP-MHP danışıqları çərçivəsində baş nazir Əhməd Davudoğlu milliyətçilərin lideri Dövlət Baxçalı ilə görüşəcək


Görüşü Bakı vaxtı ilə saat 16.00-da Türkiyə Böyük Millət Məclisidə başlayacaq.

Danışıqlardan əvvəl MHP-nin İdarə Heyətinin iclası keçirilib. MHP-yə yaxın mənbələr koalisiya hökumətinin qurulması üçün 4 şərt irəli sürüldüyünü bildiriblər. 

MHP azlıqda qalan və yaxud növbədənkənar seçkilərə qədər fəaliyyət göstərəcək keçid hökumətinun qurulmasını istəmir. AKP-nin kürd probleminin həlli üçün elan etdiyi nizamlanma mərhələsinin tamamilə bitdiyini açıqlamasını tələb edir. Milliyətçilər, həmçinin ötən ilin dekabrında adları korrupsiya qalmaqalında keçən AKP təmsilçisi olan 4 nazirlə bağlı istintaqın yenidən başlamasını və prezident Rəcəb Tayyib Ərdoğanın Konstitusiya ilə ona verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərməsini şərt kimi irəli sürüb. MHP eyni zamanda Konstitusiyanın ilk 4 maddəsində dəyişiklik tələb edir.

MHP-yə yaxın mənbələr koalisiya danışıqlarının davam etdiyi bir vaxtda partiyanın növbədənkənar seçkiyə hazırlaşdığı barədə də məlumat yayıblar. Bildirilib ki, artıq bununıa bağlı yerli təşkilatlara tapşırıq verilib.

AKP-nin hansı addım atacağı ilə bağlı isə yekdil fikir yoxdur. Bir çox ekspertlər qeyd edirlər ki,  AKP yenidən daha çox səs almaq, təkbaşına hökumət qurmaq üçün təkar parlament seçkilərinə getmək niyyətindədir. Koalisiya danışıqları isə sadəcə vaxt udmaq üçün aparılır. Eksperlər  AKP təmsilçilərinin son bir ayda PKK-nın həyata keçirdiyi terror aksiyalarının  davam etməsi fonunda partiya rəsmilərinin təkbaşına hökumət olmadığı halda ölkənin yenidən xaosa sürüklənəcəyini israrla vurğulamalarına da diqqət çəkirlər.  Təhlilçilər hesab edir ki, bu il iyun 7-də keçirilən parlament seçkilərində HDP-yə səs verən AKP seçicilərinin sabitlik üçün fikirlərini dəyişəcəkləri yanaşması əsas götürülüb. PKK ilə atəşkəs razılaşmasının pozulması fonunda HDP-nin həbsdə olan kürd separatçılarının lideri Abdulla Öcalanı müdafiə etməsi seçicilər tərəfindən birmənalı qarşılanmır. Bu seçicilərin isə yenidən AKP-ni dəstəkləyəcəyi ehtimalı böyükdür.

AKP-nin bu  yanaşmasını riskli hesab edənlər isə Rəcəb Tayyib Ərodğanın daha böyük məğlubiyyətə uğraya biləcəyini qeyd edirlər. Təhlilçilər uzun illər kürd kartından məharətlə istifadə edən AKP-nin bu dəfə məhz elə bu məsələyə görə etimadsızlıqla üzləşə biləcəyini və HDP-nin daha da güclənəcəyini istisna etmirlər.

Digər tərəfdən davam edən terror aksiyaları fonunda AKP-nin təkrar parlament seçkilərinə getmək siyasəti seçicilər tərəfindən ölkə üçün real təhdidlər olduğu halda Ərdoğanın hakimiyyət savaşından vaz keçməməsi kimi dəyərləndirilə bilər. Bu isə onsuz da avtoritar kimliyi ilə artıq Türkiyə cəmiyyətində qıcıq doğuran Ərdoğan üçün pis sürprizlər vəd edir.

Koalsiya hökumətinin qurulması ilə bağlı yaranmış vəziyyət ölkə iqtisadiyyatına da öz mənfi təsirini göstərir. Türkiyə lirəsi rekord səviyyədə dəyər itirməyə davam edir. “Amerikanın səsi”nə danışan Qlobal Mənbə Əməkdaşlığı şirkətindən Atilla Yeşilada deyir ki, beynəlxalq bazar ölkənin çətin vəziyyətə düşməsindən ehtiyatlanır: "Mən qorxuram ki, bu axırıncı zərər deyil. Bu o deməkdir ki, Türkiyənin 13 il davam edən siyasi stabilliyi sona çatıb və geridə çoxlu tör-töküntü buraxıb. Baxmayaraq ki, Türkiyənin ətrafı alovlarla bürünüb, siyasətçilər kompromisə gedə bilmirlər".(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar