Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN zabitinin rəzalət kitabı hər kəsi şoka salır - Bu beyinlərlə hara gedirik?


"Dul arvad üçün köhnə avtomobildəki kimi fərqi yoxdur, hansı yağdır, təki tökülsün"

FHN-nin hərbi hissələrində seksual kitab skandalı yaşanır. Fövqəladə Hallar Nazirliyinin polkovnik-leytenantı Əbülfəz Kazımovun yazdığı kitab hər kəsdə şok effekti yaradır. Müəllif maşınların mühərriklərini qadınlarla müqayisə edir və inanılmaz müqayisələr aparır və qadınlar ən ois şəkildə aşağılanır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi hissələrində kitab paylanıb. Criminal.az-a məlumat verən FHN zabiti bildirib ki, kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov, adı isə ``Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi``dir.



Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarıın hərbi hissələrinə paylanıb. Kitab hərbi hissədə oxuyanları şoka salıb. Maşın və mühərrik haqda olan kitabda kişi-qadın müsabətləri, cinsi həyat, seksual-dini məslələr yer alıb. 



Bəlkə də inanmayacasınız. Amma kitabın səhifələrindən birində belə abzas var: ``Həya on qisimdir. Onun biri qız aybaşı olarkən gedər; ikincisi ərə gedərkən; üçüncüsü uşaq doğarkən; qalanlarını isə qadın özü ilə qəbrə aparar``.

Daha sonra müəlif yazır: ``40 gün dalbadal ət yeyənin əxlaqı, 40 gün dalbadal ət yeməyənin səhhəti pozular``.  



Digər səhifədə müəllif mühərrik yağlarından yazaraq belə bir nəticəyə gəlir: ``Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi? Sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlləhu əleyhi və alihi və səlləm buyurur: ``istəyirsən cavan qalasan, bakirə qızla evlən``. Bəziləri köhnə maşın alanda xalat istəyirlər. Məgər dul arvada toy edirlər?``. 



Müəllif başqa bir səhifədə yazır: ``Dörd şey insanı cavan ikən qocaldar, bəzən də öldürər: 1-ci tez-tez cinsi əlaqədə olma; 2-ci toxqarına yemək yemək; 3-cü toxqarına çimmək; 4-cü yaşlı qadınla evlənmək``. Sanki forsajdasan``. 



Bundan başqa Ə.Kazımov təzə maşınlara hansı yağın layiq olmasını da dul qadınlar üzərində əsaslandırıb : ``Kim desə ki, boş sözdür, istənilən yağ növünü başqa yağ növ yağlıarla qarışdırmaq olar, qəbul etməyin. Əlbəttə, dul arvad üçün köhnə avtomobildəki kimi fərqi yoxdur, hansı yağdır, təki tökülsün. Amma təzə maşına təzə və davamlı yağlayiqdir``.



Müəllif Ə.Kazımovun niyə maşın və mühərrik haqda kitabda bu cür üsullarla yazdığı barədə ehtimallarımızı çatdıra bilərik. Əldə etdik ki, müəllif dindardır və hacıdır. Bəlkə də, müəllif hərbiçilərimizə İslamda kişi-qadın münasibəti haqda məlumat verir. Ola bilər ki, bu kişi-qadın münasibətlərinin tənzmilənməsi baxımından normaldır. Ancaq bu formada təqdim olunması məqsədəuyğudurmu?

Criminal.az saytına kitab haqda məlıumatı verən məhz FHN-nin dul olan xanim zabitidir. Kitab haqda məlumat verən xanim belə bir sual edib: ``Əri ölmüş, şəhid olmuş xanımları mühərriklə müqayisə edib aşağılamaq kimə və nəyə lazmdır?``. 



PİA.AZ xəbər verir ki, sözü kedən rəzalət kitab haqqında tanınmış jurnalist Alya Yaqublu da sosial şəbəkədə paylaşım edib. Xanım jurnalist bu kitabı biabırçılıq adlandırıb.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar