Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Habil müəllim rusca


“Ey taleyi-bivəfa! Bumu illər ilə gözlədiyim həyat? Bumu illər ilə intizarı olduğum istiqbal? Bumu illər ilə həsrətini çəkdiyim səadət? Beləmi günləri mən xəyalımda bəsləyirdim? Ah! Azadə bir bülbül kimi həmişə güllər arasında gəzdiyim halda, indi gör qəza məni nələrə məhkum etmiş?”


(Cəfər Cabbarlı, “Vəfalı Səriyyə”)

Kaman çalan Habil Əliyev xəstələnib, bəzi rusdilli saytlarımız və qəzet-məzetlərimiz isə ulduz sənətçinin adını yanlış yazırlar. Düzü, mən bunu görüb pis oldum. Çünki məna da dəyişir. Habil müəllimin adını rusca “Qabil” yazırlar, səbəb isə guya rus dilində “h” hərfinin yoxluğudur. Halbuki, istəsən tapmaq olar. Problemin məğzi isə ondadır ki, Habil müəllimin adını Qabil müəllim yazanda sənətkar qurbana yox, qatilə çevrilir. Yəqin Hacı Şahinin ensiklopedik mühazirələrinə qulaq asmış uca millətimiz gözəl bilir ki, bu adlar dini rəvayətdən götürülübdür, Habillə Qabil Adəm peyğəmbərin uşaqları olmuşdur. Sonra Qabilin Habilə paxıllığı tutub, vurub rəhmətliyi öldürmüşdür.

İndi isə bizim rusdilli gülməşəkər jurnalistlər Habil müəllimin adını Qabil müəllim kimi yazanda belə çıxır Habil müəllimin ismi-şərifi bir amansız qatilin adıdır. Belə olmaz. Çıxış yolu da vardır: “Xabil” yazmaq mümkündür. Hətta Habbl da yazsan daha uyğundur, nəinki Qabil. Ümid edirəm, Mətbuat Şurası bu önəmli problemə diqqət yetirər. Başa düşürəm, bu dəqiqə Amaşovun başı Xədicə İsmayılın qanunsuz yerə 7 il yarım həbsi münasibəti ilə dünya ictimaiyyətinə “SOS” teleqramları vurmağa qarışıbdır, ancaq bu da zəif problem deyil.
İkincisi, alçaq ermənilər Zakir müəllimin başı üstündən güllə atıb Tərtərdə toy eləyən camaatı vurubdur. Üç yaralı varmış, mətbuatda gedən xəbərə görə, Tərtər xəstəxanası bunları ağır olduqlarından qəbul eləməyib, deyib aparın Bərdəyə. Yaralılar səhiyyə naziri Şirəliyevin nəzarəti altında imiş, hərçənd bunun özü də dərəbəylikdir, çünki ölkədə ali rəhbərdən başqa kiminsə nəyisə nəzarətə götürməyi qanunla qadağandır.

Həmin Tərtər xəstəxanası 2013-cü ilin mayında əsaslı təmirdən sonra açılmışdır. AzərTAc-ın bu haqda xəbərini də kim istəsə internetdən tapıb oxuya bilər, həmin xəbərdə deyilir ki, xəstəxana ən yeni tibbi avadanlıqlar, yüksək təhsilli həkim heyəti ilə, pulyığan tibb bacıları ilə (bu, xəbərdə yoxdur, mən əlavə elədim - Z.H.) təmin edilmişdir. Bəs indi niyə yaralıları Bərdəyə “qaçırdırlar”? Görüntü üçün, YAP-ın reklamı üçün bina ağardıb telekanalizasiyada göstərənin gözünə elə erməni gülləsi dəysin, ilahi, amin!

Ancaq şiddətli islahatlarımız da gedir, örnək üçün, iki gün qabaq prezidentin sərəncamı ilə taksi sürücülərini qovmaq və JEK-dən 50 manata yaşayış yeri arayışı almaq xidməti ASAN-a verilmişdir. Birincini zarafat üçün yazdım, söhbət taksi sürməyə lisenziya verilməsindən gedir. Nəqliyyat Nazirliyi daha bu işə baxmayacaq. Bəlkə də taksi sürməyi də ASAN-a verməyin vaxtıdır. O cümlədən təkər yamamaq işini.

Yaşayış yeri arayışına gələndə, bunun qədər mənasız sənəd yox idi. Sərəncamda yazılıb ki, JEK-lərdə yaxşı arxiv olmayıb, indi bunu elektronlaşdıracağıq. Əslində JEK-lər dəftər açıb yazırdı, gülünc bir şey idi. Eyni zamanda, bu qərarla JEK-lərin eşşəyinin tamam öldüyünü deyə bilərik, indi onlar heç kəsdən qanunsuz pul yığa bilməyəcək, çünki adətən arayışla şantaj edib pul yığırdılar. Böyük islahatdır, insafən. YAP 20 ildə bunu bacarıbsa, 20 ilə də arayışın formasını taparlar, inşallah. Çünki sərəncama görə arayışı indən belə ASAN verəcək, ancaq bunun formasını DİN müəyyən etməlidir. Guya şəxsiyyət vəsiqəsi bəs eləmirmiş. Olsun, təki canımız JEK-dən qurtarsın. Mən hazırda JEK-dən gəlib “ev pulu verin” deyən arvadı həsrətlə gözləyirəm - başına bir vedrə su tökmək üçün. Bizə bu cür şərait yaratdığı üçün bütün Balaxanı sakinləri adından dövlətimizə və onun rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.

Sonda məktəb direktorunun davasının ardını gözləyən hörmətli oxuculara bildirim ki, hazırda sezon tətilindəyik, gələn nömrədə davanın ardı olacaq. Bizi izləyin, çox maraqlıdır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar