Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı İbrahim Nehrəmli milyonluq maşınlarını da satışa çıxardı


Son günlər başı üzərində “qara buludlar dolaşan” tanınmış iş adamı İbrahim Nehrəmlinin Beynəlxalq Bankdan götürdüyü milyonlarla manatı qısa müddətdə geri qaytarmaq öhdəliyi barədə məlumatlar yayılıb


Avtosfer.az-ın məlumatına görə, bununla bağlı o, artıq bahalı avtomobillərini də satışa çıxarıb. 

Hətta dünən oliqarxın özünün idarə etdiyi “Bentley” markalı avtomobilin Bakıdakı “Bentley” servisdə satışa qoyulduğunu görənlər də olub.

Saytın əldə etdiyi məlumata görə, Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil var ki, onların hamısı satışa çıxarılıb.

Həmin avtomobillər arasında son model “Rolls Royce-Phantom” (1 milyon dollar), “Range Rover” (180 min), “Nissan Patrool” və digər modeldən olan maşınlar da var.

Qeyd edək ki, “Bentley” markalı avtomobilin dəyəri 250 mindən bahadır. Hacı İbrahimin idarə etdiyi “Bentley” sifarişlə gətirildiyi üçün bir qədər baha qiymətə başa gəlib – təxminən 300 min dollara.

Onu da xatırladaq ki, dünən İbrahim Nehrəmlinin rəhbəri olduğu “Avesta” şirkətinin ofisini 45 milyona satışa çıxardığı barədə məlumat yayılmışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar