Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyev Fondunun Füzuli rayonuna diqqət və qayğısı


Xeyriyəçilik, yaxşı əməl, mənəvi saflıq bəşər övladının özündən sonra qoyub getdiyi ülvi və müqəddəs dəyərlərdir


Humanizm və nəciblik kimi missiyaları şərəflə yerinə yetirən Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi və mədəni həyatımızdakı rolu son dərəcə mühüm, xidmətləri danılmazdır. 

Respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda Heydər Əliyev Fondunun, fondun prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqətini əhalimiz daim hiss edir. 

Son dörd ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Füzuli rayonunda 240 şagird yerlik tam orta məktəb, Tarix Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilmişdir.

Heydər  Əliyev  Fondunun  füzulililərə diqqət və qayğısı başqa  sahələrdə  də  özünü  göstərir.  Fond  füzulili  körpələri  də  yadından  çıxarmır.  Hazırda  Heydər  Əliyev   Fondunun  maliyyə  dəstəyi ilə Horadiz  şəhərində  ən müasir standartlara cavab verən iki mərtəbəli 100 çarpayılıq uşaq bağçası azyaşıların istifadəsindədir. 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bağçanın fəaliyyəti, burdakı uşaqların təlim-tərbiyyəsi ilə yerində tanış olmaq məqsədilə körpələr evində olub. 

İkimərtəbəli körpələr evində uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla qruplar yaradılıb, uşaqların istirahəti üçün geniş imkanlar mövcuddur. Bağçada uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Bağçada uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.
 Alı Alıyev bağçanın kollektivi ilə söhbətində bildirib ki, əhalinin  sosial  müdafiəsinə  xidmət edən çoxsaylı xidmətləri füzulililərin Ulu öndərin irsinin daşıyıcısı olan Heydər Əliyev Fonduna, fondun prezidenti  Mehriban xanım Əliyevaya və ölkə başçısına olan inamını gücləndirir, arzu olunan günlərin – Füzuliyə qayıdışın böyük əsası olduğu inamını artırır. Füzulililər məhz bu inamla yaşayır və işləyirlər. Füzulililər fəxr edir ki, Mehriban xanım Əliyeva harada olursa-olsun, hansı işi görürsə-görsün, onun üçün  Azərbaycan sevgisi, insan sevgisi birincidir!

Heydər Əliyev Fondunun həyata  keçirdiyi  bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət,  insana sevgi  və sabaha ümid dayanır. 

Bağçanın kollektivi füzulililərə göstərdiyi diqqət və qayğıya görə Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər, qarşıdan gələn 8 mart qadınlar bayramı və Novruz bayramı münasibəti ilə uzun ömr, cansağlı, ailə səadəti arzulayıblar.

Hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə rayonun Bala  Bəhmənli  kəndində  tikilən 60 çarpayılıq uşaq baxçasının inşası yaxın günlərdə başa çatacaqdır. Əhmədbəyli kəndində isə 35 çarpayılıq körpələr evi-uşaq bağçasının tikintisi davam edir.  
 
pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar