Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hörümçəyin söhbəti


Murad Köhnəqala yazır

 
Zəhləm əsas nədən gedir? Bayram günlərində arvadların ev-eşik yığışdırmalarından. Əllərinə süpürgə alanda bilirəm ki, yenə qurduğum toru viran qoyacaq. Heyf, ta yuxarılarda tor qura bilmirəm, ən dadlı milçəklər də əsasən yuxarılarda uçuşur. Bircə milçək ovlayıb sümürəndə uzun müddət qidaya ehtiyacım olmurdu. Xanım süpürgənin arxasına ağac taxanda məni titrətmə tutur, bilirəm ki, ən uzaq küncləri də fəth eləyəcək. Təmizkar çıxıb mənə! Gəlin vaxtı biraz nazik idi, indi evdə oturub o qədər yeyir, lap donuza dönüb. Yaxşı eləyirəm, donuz da deyərəm, hələ lap, begomot da! Əri zorla hamama göndərməsə aylarla çimməz ha, indi mənə təmizkar olub.
 
Bah-bah-bah! Guya bayrama hazırlaşır. Əslində oturub özünə yağlı yeməklər hazırlamaqla məşğul olacaq. Dünəndən ərinə 5 kilo yağlı qoyun əti aldırıb. Dönə-dönə tapşırıb, quyruğu çox olsun, haa! Uzanıb seriallara baxa-baxa şartaşart qoz-fındıq qırıb yeyir. Kişi yatanda, ya da tualetə-zada gedəndə cibini yoxlamasa ürəyi partlayar. İnsafla danışmaq lazımdı, uşaqlarına yaxşı baxır. Onları həmişə məktəbə səliqəli paltarla yola salır. Ancaq çox danışır, o, bir şair var ee, danışanda cümlənin bütün həmcins üzvlərini sadalamamış əl çəkmir, bax, eynən onun kimi. “A bala, oxuyun, oxumayan nəyə lazımdı, oxuyun, bir sənətin qulpundan yapışın, görən də desin, bərəkallah, filankəsin uşağı alimdi, həkimdi, injinerdi, prokurordu. Mən də sizə baxıb fərəhlənim. Oxumayandan nə çıxar, ya bazarda qaloş satacaq, ya çoban olacaq, ya da gedib Rusetdə canını soyuğa verib çürüdəcək. Kitabdan qaçma, oğul, o fidboldan heç nə çıxmaz!” Axırda uşaqlar dilə gəlib deyir, ay ana, bəsdi dəə, elə, atam düz deyir, sən adamı həvəsləndirmək əvəzinə bezdirirsən. O da dərhal uşağın üstünə bozarır: “Sən nə danışırsan, əə, anan səni bezdirir? Tfu, haram olsun sənə! Məni anam çağıranda qızılquş kimi yanında olurdum, bunu da anası bezdirib. Sən elə, axırda çoban olacaqsan!” Beləcə yaxşılıq elədiyi yerdə pislik alınır. Elə mənim torumu uçuranda da guya yaxşılıq eləmək istəyir. Bunu da deyim ki, heç vaxt bizləri öldürmür. Yay gəldi haa, başlayır mürəbbə bişirib banka bağlamağa. Neçə aydı şkafın arxasında toxuduğum tordan xəbərsizdi. Görsə, darmadağın eləyər. Ancaq burda ovum az olur. Hərdən xırda axmaq kəpənəklərdən gəlib düşür, onların da heç dadı yoxdu.  Yayda qanlı ağcaqanadlar ləzzət eləyir, bir də milçəklər. Qışda yem olmur ki. Çox vaxt həftələrlə ac yatırıq.
 
Mən bu xanıma həmişə azarkeşlik eləyirəm. Düşük  seriallara baxıb həyəcanlananda məni burda gülmək aparır. Əri bir söz soruşanda o qədər danışır, yazıq kişi ayırd eləyə bilmir, bu, “hə” dedi, yoxsa “yox”. Kişi də dəli olur: “Ay qız, səndən soruşmadım, kim rəhmətə gedib, kim boşanıb, deyirəm, həyətə soğan gətirmişdilər, ya yox? Bunu ikicə kəlmə ilə deyə bilmirsən?” O da o saat yerindən dik atılıb özünə tərəf yığmaq üçün üzünü də uşaqlarına tutub belə deyir: “Siz allah, ay uşaqlar, kim çox danışıb adamı bezdirir, bu, yoxsa mən?”
 
Ya da nə ola, əlindən bir boşqab düşə, qırıla! Heç vaxt deməz ki, nəyisə səhv elədim, sındırdım. Mütləq kiminsə qarasınca danışıb deyinəcək ki, başımı qatdılar, nə bilim, fikrimi dağıtdılar. Siz hələ onun boşalmış diş pastasını necə sıxmasını görəsiniz, ta ölürəm gülməkdən. İndicə əri işdən gələcək. Ən birinci kişinin əlinə baxır, görüm, əlində torba varmı, nə alıb?! Kişiyə bir stəkan çay verincə on dənə sual verməsə bağrı çatlayar. Hər dəfə belə olanda əri üzünü ciddiləşdirib təzə bir xəbər söyləyirmiş kimi: “Sosioloqlar ayırd eləyib ki, dünyada boşanmaların əsas səbəbi kişi evə gələrkən qadının dərhal onu suallara tutması və problemlərlə yükləməsidi! Yəni suallarını, problemlərini yenə yükləyə bilərsən, lakin dərhal yox!”- deyir.
 
Aha, deyəsən, tora bir cücü düşdü... (lent.az)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar