Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcra başçısının təpələrin arxasında gizlətdiyi zibilləri- FOTOLAR


Xaləddin İskəndərov xalqıda, prezidenti də aldatmaqla məşğuldur


1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə tədbirlər planı təsdiq edilib və tədbirlər planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb. 

Bundan sonra Binəqədi rayonunda müəyyən işlər görülüb. Amma görülən işlər problemləri kökdən həll etməyib. Çünki məqsəd rayonun problemlərini həll etmək deyil, onların üzərini örtməkdir.

Belə ki, yolun kənarlarında üstü yaşıllıqla örtülmüş təpələrin arxasındakı natəmizlik, “Təmiz Binəqədi”yə heç yaraşmır. 



Çünki güllərlə bəzədilən təpələrin, villaları görünməz edən divarların arxasında bir görüntü var. Kimlərinsə gizlətməyə çalışdığı, amma başaramadığı bir görüntü...



Öndən baxdığın zaman görünən gözəlliyin arxasında, zibilliklər aşıb-daşır. Təmizləyən yox, nəzarət edən yox... 



Küçələr taxtalarla hasarlanıb. Sanki orada yaşayanlar, dünyadan təcrid edilib. Yaxşı ki, bir qapı var. Oradan saxta yaşıllığa boylanmaq olur. 



Hər şeyi palaz altında gizlətmək, bizim qədim adətimizdir deyəsən. Çünki çirkli görüntüləri, problemli məsələləri həll etməkdənsə, onların üzərini örtmək ölkəmizin hər yerində var. Binəqədidə də eyni durumdur. Təpələrin arxasından zibilliklər boylanır. 



"Bir az da belə getsə ikinci təpə yarancaq. Amma bu dəfə yaşıllıqdan yox, zibillikdən"

Sakinlər də eyni sözləri deyirlər: “Yalandan hər tərəfə yaşıl otlar səriblər. Guya hər şey əladır. Bu boyda küçədə bir dənə də zibil qutusu yoxdur. Kimin nə zibili varsa atır boş həyətlərə. Bir az da belə getsə ikinci təpə yarancaq. Amma bu dəfə yaşıllıqdan yox, zibillikdən”. 



“Bura bir az göz qabağıdır deyə hələ yaxşı durumdadır. Siz gedin kənd Binəqədiyə. 1-ci mədən adlanan əraziyə. Görün oralar nə gündədir? Yollar bərbad halda, marşrutlarda basa-bas. Evdən çıxıb, şəhərə çatana kimi, ürəkbulanma əl çəkmir. Çünki yollar bərbaddır. Buna görə də, avtobus da silkələnə-silkənə gedir. Sərnişinlər də həddindən artıq çoxdur. Yalandan park düzəltməklə deyil, yollarımızı düzəltsinlər” – bu sözləri çəkiliş apardığımız zaman bizə yaxınlaşan, rayon sakini Şamil Vüqarov dedi.

Binəqədi rayonu ilə bağlı bir neçə dəfə yazılar dərc etmişik. Hər birində də, yol və kommunla problemləri işıqlandırmışıq. Görünən budur ki, icra başçısı Xaləddin İskəndərov problemləri həll etmək əvəzinə gizlətməyə çalışır.  Lakin bu, onda heç də yaxşı alınmır. Deməli, bundan belə problemləri gizlətməkdənsə, onları həll etmək daha məqsədə uyğundur. Yetər, xalqı da, cənab Prezidenti də aldatdığı. (Musavat.com)









Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar