Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İngiltərədə cinsi azlıqları siyahıya alacaqlar


“The Guardian” yazır ki, Britaniyada əhalinin qarşıdan gələn siyahıyaalınmasında ilk dəfə olaraq adamların cinsiyyəti, cinsi oriyentasiyası soruşula bilər


Məqalədə deyilir ki, demoqraflar hələlik cinsi kimlik barədə sualın anketlərə salınıb-salınmaması barədə razılığa gələ bilməyiblər. İngiltərə və Uelsdə növbəti siyahıyaalma 2021-ci ildə keçiriləcək.

Milli Statistika İdarəsi (MSİ) bildirib ki, bu barədə hələlik ictimai rəy 
Lakin idarə bunu da əlavə edir ki, “cinsiyyət” qrafasının təkmilləşdirilməsinə aşkar ehtiyac var. Bu məqsədlə, hələ əsas siyahıyaalmadan əvvəl geniş sorğunun keçirilməsi planlaşdırılır.

Siz özünüzü hansı cinsə aid edirsiniz?

Hazırda planlaşdırılan anket formasına görə 16 yaşlılara belə bir sual veriləcək: Siz öz cinsiyyətinizi “ən yaxşı necə” ifadə edərdiniz: heteroseksual-kişi/qadın, gey yoxsa lesbian, biseksual, və ya “başqa” və nəhayət – “demək istəməzdim”.

MSİ bidlirir ki, sualın bu şəkildə qoyulmasının cəmiyyət tərəfindən necə qarşılanacağı araşdırılmalıdır.

Məsələn, kiminsə cinsiyyət barədə suala “demək istəməzdim” cavabını verməsi, həmin evdə yaşayanların bu şəxsin seksuallığı barədə düzgün olmayan nəticələrə gəlməsinə səbəb ola bilər. Buna görə də gələcək anketlərə cinsiyyət qrafasanın ümumiyyətlə daxil edilməməsi ideyası da var.

Amma digər tərəfdən belə bir mövqe də var ki, cəmiyyətdə seksual azlıqlara qarşı diskriminasıyanın mövcudluğu ilə yanaşı, onlar barədə doğru-dürüst statistikanın olmaması da problem yaradır.

Transgenderlər üçün ayrıca qrafanın yaradlılması müəyyən hüquqi problemləri də ortaya çıxaracaq. Məsələn, 1920-ci il tarixli siyahıyaalma qanununa dəyişiklik edilməsi lazım gələ bilər. “The Guardian” yazır ki, Britaniyada əhalinin siyahıya alınması 1801-ci ildən bəri hər on ildən bir aparılır (BBC)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar