Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın artan neft hasilatı Qərbi mat qoyub

"The Financial Times" qəzeti yazır ki, İran neft hasilatını artıracağı barədə vədinə əməl etməkdədir


Məqalədə deyilir ki, İranın üzərindəki sanksiyaların qaldırlmasından 6 ay sonra neft hasilatını bu dərəcədə artıra bilməsi Qərb təhlilçilərini təəccübləndirib.

Aprel ayında İranın neft mədənləri artıq günə 3, 6 milyon barrel neft hasil edirdi ki, belə səviyyə son dəfə 2011-ci ilin noyabrında müşahidə edilib.

“The Financial Times” yazır ki, İran hazırda əsas opponenti olan Səudiyyə Ərəbistanı ilə neft bazarları uğrunda kəskin mübarizədədir.

Societe Generale bankının neft təhlilçisi Mike Wittner deyib ki, adamların əksəriyyəti sanksiyalaın qaldırılması ərəfəsində İranın hasilatı artıracağına dair bəyanatlarını lovğalıq hesab edirdi, lakin onlar bütün gözlənitiləri vurub keçiblər.

Qəzet diqqəti belə bir məqama çəkir ki, İranın neft hasilatını yüksəltməsi bazarda izafi neftin yenicə azalmağa başladığı vaxta təsadüf edir.

İran dövlət neft şirkətinin rəhbəri Rüknəddin Cavadi ötən həftəsonu bir daha bəyan etmişdi ki, İran hasilatın dondurulmasına dair heç bir razılaşmaya qoşulmaq niyyətində deyil.

İran hasilatı gündə ən azı 2, 2 milyon barrelə çatdıracağını vəd etmişdi.

İranın hasilatı nefti ucuz saxlayacaq

“The Financial Times” yazır ki, bu bəyanat OPEC nazirlərinin gələn həftə Vyanada keçiriləcək görüşündə istehsalı dondurmaq barədə hər hansı razılaşmanın əldə edilməsinə ümidləri azaldıb.

Məqalədə deyilir ki, bütün bunlar Səudiyyə Ərəbistanı ilə hər hansı sövdələşməni tamamilə qeyri-mümkün edir.

Bundan əvvəl İran Səudiyyənin neft hasilatını dondurmaq barədə çağırışlarını rədd etmişdi.

“Financial Times” yazır ki, Səudiyyə İranın neft hasilatını əngəlləmək məqsədilə onun tankerlərin öz ərazi sularından keçməsinə maneçilik törədir.

Buna baxmayaraq, İran Hindistan, Çin və başqa ölkələrə neft ixracını artırıb. Qəzetin yazdığına görə Tehran üstəlik Avropada neft satışını genişləndirmək məqsədilə Vitol və Glencore kimi iri neft tacirləri ilə sövdələşmə əldə edib.

Qəzet qeyd edir ki, fevral ayından mayın ilk həftəsinədək İrandan çıxan 21 tankerin 16-ı Avropa sahillərinə gəlib.

Sanksiyalar qaldırılıb, amma

İran rəsmiləri bildirirlər kİ, neft satışı Tehran üçün heç bir problem təşkil etməsə də, maliyyə məsələləri çətinliklər yaradır.

Sanksiyaların qaldırılmasına baxmayaraq bir çox maliyyə təsisatları İranla pul mübadisi etməkdən çəkinir.

ABŞ banklarına və başqa maliyyə təsisatlarına hələ də İranla iş görülməsi qadağan edilib. Bir sıra Avropa ölkələri də İranla alış-verişdə Amerikanın hansısa sanksiyalarını pozacaqlarından narahat olurlar.

Avropa İttifaqı diplomatik xidnmətinin sanksiyalar siyasəti bölümünün müdir müavini Gerry Regan ötən həftə Londonda keçirilən konfransda deyib ki, İranla tam biznes münasibətlərinin bərpasına hələ bir xeyli müddət vaxt lazım gələcək.

“The Financial Times” yazır ki, Britaniya, Almaniya, İsveçrə və Yaponiya bankları İran bankları ilə əlaqələrini bərpa etsələr də, hələlik böyük məbləğlərlə bağlı əməliyyatları həyata keçirə bilmirlər.

Britaniyanın gəmi daşımaları şirkəti Marine Capital-ın rəhbəri Tony Foster deyib ki, gəmi sahibləri hələ də sanksiyalar altında olan İnqilab Keşikçilərinə bağlı şirkətlərlə biznes etməkdən çəkinirlər.

Cənab Foster deyib ki, etibarlı beynəlxalq sertifikatların mövcudluğuna və gəmi daşımaları, habelə sığorta üzərindən məhdudiyyətlərin qaldırlmasına baxamayraq, həllini tapmayan çox sayda məsələ qalır.

“The Financial Times” yazır ki, İran neft şirkətinin əksər tankerləri köhnəlib və İran Qərbin maliyyə təsisatlarına tam reinteqrasiya olunmayınca üzünü yalnız Çinə çevirməli olacaq.

İran nə qədər ki, öz gəmi daşımaları üzərində nəzarətə malik deyil, onun öz ixracatı üzərində nəzarəti də bərpa etməsi çətin olacaq” – deyib Foster (musavat.com).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar