İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunun dayandırılması üçün prosedurlara başlayıb
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu İspaniya hökumətinin sözçüsü bildirib.
O qeyd edib ki, bu prosedurlar ölkə Konstitusiyasının 155-ci maddəsini tətbiq etmək üçün həyata keçirilir. Həmin maddəyə əsasən, Kataloniya əyalətinin muxtariyyət statusu ləğv olunacaq. Bunun üçün prosedurlar oktyabrın 21-də başlayacaq.
pia.az