Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail İranı ittiham etdi


"İsrailə qarşı duran İranla davamlı mübarizə içərisindəyik"


İsrailin baş naziri Binyamin Netanyahu "Hizbullah"ın etdiyi hücum nəticsində yaralanan əsgərlərə baş çəkib.

Ans press-in məlumatına görə, Netanyahu burada verdiyi açıqlamada davamlı olaraq İranın hücumlarına məruz qaldıqlarını iddia edib: 

"İranın davamlı hücumlarına məruz qalırıq. Bizi buradan köçürtməyə çalışırlar. Ancaq buna nail ola bilməyəcəklər. Burada köklərimizi salırıq, dövlətimizi rifaha qovuşdurmaq və yeni həyat yaratmaq üçün çalışacağıq". 

"Dünyada və Orta Şərqin hər yerində terror əsdirən və İsrailə qarşı yeni cəbhələr açan İranla davamlı mübarizə içərisində" olduqlarını İsrail baş naziri İranı nüvə silahı yaratmağa çalışdığını sözlərinə əlavə edib: "O İran ki, güclü dövlətlərlə nüvə bombaları yaratmağa imkan tanıyacaq razılaşmağa çatmaq üzrədir. Biz bu anlaşmaya qarşıyıq, əsl məsələ də budur". 

Netanyahu ABŞ Nümayəndələr Palatasının rəhbəri Con Bonerın dəvəti ilə martda edəcəyi səfərdə prezident Barak Obama ilə görüşmək istəməməsinə bağlı da açıqlama verib:

"ABŞ səfəri ilə əlaqədar problemləri həll etmək mümkündür. Ancaq İranın nüvə silah sahibi olması vəziyyətində ortaya çıxacaq problemi həll etmək daha çətin olacaq". 

Bu arada İsrail xarici işlər naziri Aviqdor Liberman hökumətin "Hizbullah"a istiqamətli siyasətini tənqid edib: "Hizbullah İsrailə hücumlar təşkil etmək məqsədiylə Suriyadakı Colan təpələrini ön cəbhə kimi istifadə etmək istəyir. Hökumət siyasəti qısa vəd edən sükunəti təmin etmək məqsədiylə davam etdirir. Ancaq bu İsrailin təhlükəsizliyi üçün çətinlik yaradacaq". 

Qeyd edək ki, İsrailə aid vertolyot yanvarın 18-də Suriya-İsrail sərhədində olan Kuneytra şəhərində patrul gəzən Hizbullaha aid avtomobilə hava zərbəsi endirmişdi. Həmin hava zərbəsi zamanı İran İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olan general Məhəmməd Əli Allahdadi və 6 "Hizbullah" üzvü öldürülmüşdü. Hizbullah təşkilatı də buna cavab olaraq İsrail işğalı altındakı sərhəd bölgəsi Şebaada patrul gəzən İsrail hərbi avtomobilini raketlə vurmuşdu. Həmin raket zərbəsi nəticəsində 2 İsrail əsgəri ölmüş, 7-i yaralanmışdı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar