Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Əliyevdən Telli Borçalının qayda pozuntusuna münasibət



2-3 dəfə efirdə mahnı oxuyan adamın qayda pozuntusuna yolda hamının göz yumması doğru deyil”


Bu gün ATV-nin “Şirin çay” verilişinə qonaq olan aşıq Telli Borçalı polis işçilərinin ona hörmət etdiklərini deyib. O bildirib ki, yol polisləri bütün sənətçilərə qayda pozanda hörmət edirlər: “Polisə deyirəm: “Elə sənin "ajığına" qırmızıdan keçmişəm”. Mənə heç vaxt cərimə yazılmayıb”.
 
 PİA.AZ “Ucnoqta.az”a istinadən bildirir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev münasibət bildirib. Onun sözlərinə görə, belə konkret faktla qarşılaşmayıb: “Amma ola bilər ki, hansısa cüzi qayda pozuntusudursa, ciddi inzibati xəta deyilsə, şəxsiyyətin ölkədə tanınmış insan olması, ölkə qarşısında xidmətləri inspektor tərəfindən nəzərə alınar və ona xəbərdarlıq edilər. Amma inanmıram ki, bu, kütləvi xarakter daşısın...”.

Həmin şəxslərin çıxıb efirdən bu cür danışmasına isə Kamran Əliyev çox sərt münasibət bildirib: “Çıxıb efirdə belə şey danışmağa çox pis baxıram. 2-3 dəfə efirdə mahnı oxuyub özünü məşhur sayanlar bilsinlər ki, onlara heç kim yolda güzəşt eləmir. Sadəcə özlərinə hörmət qazandırmaq üçün guya ayrı-ayrı vəzifəli şəxslərin onlara hörmət etməsini əsassız şəkildə bəyan edirlər. 2-3 dəfə çıxıb efirdə mahnı oxuyan adamın qayda pozuntusuna yolda hamının göz yumması doğru deyil”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar