Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcərli girovlar haqqında sənədli film çəkilib


"Dünya susmasın!" filmi xarici dillərdə yayılacaq


Kəlbəcərli girovlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və mərhum Həsən Həsənov haqqında sənədli film çəkilib.

AZXEBER.COM xəbər verir ki, "İslahatçı Gənclər" İctimai Birliyinin təşkilati dəstəyi və ShushaPost.az İnformasiya Portalının informasiya dəstəyi ilə hazırlanan "Dünya susmasın!" filmi erməni vəhşiliyi nəticəsində öz dədə-baba yurdundan didərgin düşmüş üç azərbaycanlı - Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun həyatından bəhs edir.

2014-cü ilin İyul ayında ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev üzərində saxta məhkəmə prosesi və Həsən Həsənovun vəhşicəsinə qətlə yetirilməsi barədə danışılan bu filmin müəllifi tanınmış publisist Səbuhi Rəhimlidir. Filmdə Dilqəm, Şahbaz və Həsənin ailə üzvləri və yaxınları danışır, tanınmış şəxslərin fikirləri yer alır.

Azərbaycanlı girovların azadlığa çıxması məqsədilə atılan addımlar barədə danışan millət vəkili Qənirə Paşayeva və hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycan dövlətinin girovların azadlığa çıxması üçün gördüyü işlər barədə məlumat veriblər.

Qeyd edək ki, "Dünya susmasın!" filmi sentyabr ayının əvvəlində ictimaiyyətə təqdim ediləcək. Filmin ingilis, rus və erməni dillərinə tərcümə edilərək xarici ölkələrdə təqdim edilməsi planlaşdırılır. 



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Ən çox oxunanalar