Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Küçədə qadının maşınını atəşə tutan deputat oğlu hardadır?


Bir neçə ay öncə deputat Ayaz Orucovun oğlunun içərisində iki qadın olan avtomobilə tapançadan atəş açması haqda xəbər yayılmışdı


Xatırladaq ki, hadisə ötən il noyabr ayının 14-nə keçən gecə baş verib.

Deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Gelandewagen” markalı, 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. 

Həmin vaxt “Nissan Juke”də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. Deputat oğlu xanımları güllə atəşinə tutmasının səbəbini sonradan “kefinin köklüyü” ilə izah edib.

O vaxt mətbuat bu qalmaqaldan geniş yazmışdı və məlum olmuşdu ki, deputatın kovboy oğlunun hədəfinə tuş gələn qadınlardan biri anlaşma nəticəsində şikayətini geri götürüb. Aynurə Cəfərova adlı digər qadın isə polisə şikayət edərək deputat oğlunun cəzalandırılmasını tələb edirdi.

Bəs paytaxt küçələrində “Mercedes Gelandewagen”lə şütüyüb iki qadını təqib edən və onları atəşə tutan deputat oğlu ilə bağlı hansı tədbir görülüb? Bu qalmaqal ətrafında sonrakı hadisələr necə inkişaf edib?

Virtualaz.org saytı hüquq-mühafizə orqanlarının sözügedən cinayət hadisəsini necə araşdırması ilə maraqlanıb və deputat oğlunun bu əməlinə görə cəzalanıb-cəzalanmadığını dəqiqləşdirməyə çalışıb.

Ancaq polis və prokurorluq orqanlarından aldığımız cavablar eyni oldu: “Bu məsələdən xəbərimiz yoxdur, heç nə bilmirik”.

Belə görünür ki, küçədə kovboyluq edən oliqarx-deputatın oğlu ilə əlaqəli qalmaqalı ört-basdır edilmiş hesab etmək olar.

Deputat Ayaz Orucov “Qaçqınkom”un tikinti idarəsinin rəhbəri olub, ötən il qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının tikintisində yol verilən korrupsiyaya görə işdən çıxarılıb. Həmçinin A.Orucovun çoxsaylı biznes aktivləri, mebel zavodu, sexləri, mağazaları, şirkətləri var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar