Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kütlələr siyasətə vida edir...


Böyük Fransa İnqilabı səhnəyə kütlələri çıxardı. Kütlələr siyasətə bulaşdı, lokomotivə çevrildi, ictimai rəyi dəbə mindirdi


Humanistlər və inqilabçılar kütlələrin qurucu potensialına inandı, maarifçilik, təhsil, pozitiv ideologiyalarla onların dünyanı gözəlləşdirə biləcəyinə inamlarını hifz etdi. Hakim siniflər və irtica üçün isə kütlələr qara instinktlərin və məqsədyönü dağıdıcılığın alətinə döndü.

Bu balans son illərə qədər yaxşı-pis saxlandı. Əks halda, dünya ya “Yer cənnəti” olardı, ya da çoxdan dağılardı.

Narazılar da oldu. Orteqa-i-Qasset “Kütlələrin üsyanı”nı yazdı, onların dağıdıcı rolunu qabartdı, elitarlığa tərəfdar çıxdı. “Avropa sivilizasiyasının inkişafı avtomatik olaraq “kütlələrin üsyanı”na gətirib çıxardı. Bir tərəfdən bu, yaxşıdır - bu yolla həyat şəraitinin möcüzəvi yüksəlişi baş verir. Ancaq əks tərəfi də var və dəhşətlidir - nəticədə müasir insanın mənəviyyatı enir” - Orteqa-i-Qasset öz məşhur əsərində qeyd edirdi.

Kütlələr hər yeri doldurdu - küçələri, meydanları, teatrları, məktəb və universitet kafedralarını. Pozitiv ideologiyalar onları quruculuğa sövq etdi, neqativlər isə kütlələri yırtıcı heyvana, dağıdıcı qüvvəyə çevirdi. Sonunculardan sonra yalnız xarabalıqlar, cəsədlər, dəhşətlər və ümidsizlik qaldı.

Bilmirəm, bizim günlərimizdə Orteqa-i-Qasset sevinərdi, yoxsa başını ovuclarının arasına alıb yenidən dəhşətə gələrdi - kütlələr səhnəni tərk edir. Onları sıxışdırıb orta əsrlərdəki mövqelərinə, haradan yüksəliş etmişdilərsə elə oraya da qaytarırlar. Və görünən odur ki, bu bizim əsrimizin trendi olacaq.

***

Türkiyədə hərbi çevriliş cəhdində 350-400 hərbçi iştirak etdi, bədəlini isə artıq ilk bir neçə gündə on minlərlə insan ödəyir. 10 mindən çox hərbçi və polis, 1500 dekan, 21 min pedaqoq, minlərlə alim, minlərlə hakim və prokuror repressiyaya məruz qalıb. Və bu hələ başlanğıcdır.

Liviya və Suriyada “inqilab” üçün meydana çıxanların yerini çoxdan əcnəbi marginallar tutub, dünənki “inqilabçı kütlələr” isə ən ekstraordinar üsullarla Vətənindən qaçıb. Kütlələrlə başladılan proses artıq ölkələrin əhalisizləşdirilməsi ilə davam edir.

Fransada rəy sorğularının nəticələrinə görə, 90 faiz yeni əmək məcəlləsinin əleyhinədir. Kütlələr neçə aydır ki, küçələrdədir, hətta futbol çempionatı və dalbadal teraktlar da kütlələrin etirazlarını səngitməyib. Qarşıdurmalar polis qəddarlığı, çoxsaylı yaralılarla nəticələnir, effekt isə yoxdur ki yoxdur. “İctimai müqavilə” qüvvədən düşüb. Volterin və d`Alamberin Vətənində 90 faizin rəyi hakimiyyətdəkilər üçün heç nədir. Bütün xalq etiraz edir, Marks dövrünün vəhşi kapitalizminə yol açan Əmək məcəlləsini ləğv etmək isə istismarçı sinfin heç ağlının ucundan da keçmir.

Beləliklə, bu üç yeni misal kütlələri siyasi meydandan vurub çıxarmağa, onlara öz gücsüzlüyünü təlqin etməyə və sonunda da onları qoxaqlaşdıraraq (Sizdən heç nə asılı deyil, bilirsizmi?!) birdəfəlik apolitik, apatik etməyə, atomlaşdırmağa yönəlib.

Türkiyədə çevriliş cəhdində iştirak etməmək, ona biganə qalmaq, hətta onun əleyhinə olmaq belə iş yerinin və sosial statusunun saxlanmasını qarantiya etmədi. Bir ovuc hərbçinin uğursuzluğu yüz min insanın adətkərdə və stabil həyat tərzinin yox olmasına, onların ictimai həyatdan silinməsinə gətirib çıxardı. Bu, həm də hamı üçün nümunədir - siyasətə nəinki qoşulma, bu haqda heç fikirləşmə də. Yoxsa həmin qismətsizlərin böyük ordusuna yeni əlavələr olacaq.

Suriya və Liviyada başlanğıcda kütləyə, onun etiraz gücünə və fəallığına, ədalətsizliyə qarşı savaş açmaqlarına apellyasiya edirdilər. Sonra hara qeyb oldu o kütlə? Sağ qalanlar ölkələrini tərk edib qaçdı. Ölkələr xarabalığa döndü. Mesaj da aydın oldu - kütlələr özbaşına Sistemə qarşı çıxarlarsa, bu dağıntılar hər yerdə təkrarlanacaq. Qalır sifarişlə etiraz - onun da nəticəsi sifarişçinin istədiyi formada olacaq. Sifarişçi və rejissorlar isə nəhslikdən xaosun artırılmasına və qlobal kapitalizmə xoş gəlməyən anklavların məhvinə meyllidirlər. Və bundan sonra ifrat istismara baxmayaraq hansı periferiyada kütlələr öz həyat səviyyəsini yüksəltmək uğrunda özbaşına savaşa başlamağa risq edər? Vəziyyət düzəlməyəcək, üstəlik stabillik də itiriləcək.

Fransa nümunəsi isə prosesin təkcə periferiyalara yox, mərkəz kapitalizminə də yayıldığının göstəricisidir. Aylarla dirəniş, ictimai rəydə maksimum üstünlük - nəticə isə yoxdur ki yoxdur.

Yeni mənzərə formalaşır və onu Cek Londonun “Dəmir daban” əsərindəki təsvirlərə bənzətmək olar. “Dəmir daban” - oliqarxiyanın metaforası total nəzarəti ələ keçirib, etirazçı kütlələr siyasətdən uzaqlaşdırılıb, “yeraltılar”ın (ən çox əzilənlərin) qiyamı isə mənasız və faydasızdır.

***

Kütlənin yerini marginallar tutacaq. Bundan sonra Sistemə qarşı yalnız marginal qruplar çıxacaq (eynilə “Tupamaros”, RAF, “Montoneros” tipli).

Sistemin etirazları yatırmaq üçün bəslədikləri də marginallar olacaq.

Cek Londonun “Dəmir daban”ında ştreykbrexerlərə daha ehtiyac qalmamışdı. Çünki, Sistemin nökərləri tamamilə Sistemə inteqrasiya etmişdi. İndi də çeşidli marginallar (fərq etməz, “ölüm eskadronları”, yoxsa destruktiv sektalar və ya ultraradikal dinçilər formasında) vaxtilə Düvalye Haitisindəki tonton-makutların rolunu ifa edəcəklər. Coğrafi cəhətdən uzaq məkanlar üçün isə həmişə növbəti “Əl Qaidə” və “İŞİD” yaratmaq olar.

Bəs kütlə? Kütləyə yalnız Sistemin növbəti dəfə alqışlanmasına ehtiyac yarananda meydanlara çıxmağa icazə veriləcək. Ki, əl çalaraq odalar oxusunlar...

Məmməd Süleymanov(virtualaz.org)

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar