Masallıda intihar hadisəsi baş verib
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Dəmirçilər kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Aqil Asif oğlu Abbasov əmisinə məxsus fərdi yaşayış evində özünü asaraq öldürüb.
Hadisənin hansı səbəblərdən baş verdiyi hələlik bilinmir.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.
pia.az