Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəbli bazarında qiymətlər necədir? - Video


Yeni dərs ilinə, orta məktəblərdə dərslərin başlamasına sayılı günlər qalıb. Valideynlər uşaqlarına məktəb ləvazimatı almaq üçün şəhərin müxtəlif məkanlarında satılan mağazalara üz tuturlar


PİA.AZ-ın anspress-ə istinadən məlumatına görə, mağazalarda isə dərs üçün lazım olan bütün dərs ləvazimatlarını - dəftər-kitab, qələm və çanta, bir sözlə ürəyiniz istəyən hər şeyi tapa bilərsiniz. Qiymətlərə gəlincə isə hər qiymətə məktəb bazarlığı etmək mümkündür.

Satıc Zaur Ələsgərovun sözlərinə görə, keçən illə müqayisədə bu il məktəb ləvazimatı satışına tez başlanılıb.

Satıcı Natiq Həsənov bildirir ki, bəzi valideynlər məktəb ləvazimatı alarkən keyfiyyətə üstünlük verir, digər bir qisim valideynlər də var ki, qiyməti 40 AZN olan məktəb çantasını bəyənmir.

Satıcıların dediyindən aydın olur ki, 40-50 manatlıq məktəbli çantası da daxil olmaqla dərs ləvazimatı almaq olar. Lakin məktəbli geyimi bura daxil deyil.

Valideynlərin də çoxu bu qiyməti münasib sayır. Maraqlıdır onlar dərs ləvazimatları alarkən daha çox nəyə fikir verirlər, aldıqları malın qiymətinə, yoxsa keyfiyyətinə.

Alıcı Sevil Ələsgərova deyir ki, alacağı məktəb ləvazimatının keyfiyyəti onun üçün daha önəmlidir.

Alıcı Sərmayə Həziyeva söyləyir ki, qiyməti ucuz karandaşı alanda yaxşı yazmır o zaman uşaq da əsəbiləşir.

Qiymətdən narazı valideynlər də tapıldı. Onlar bir sıra yerlərdə qiymətlərin qaldırıldığından giley etdi.

Paytaxt sakinlərinin çoxu bu qənaətdədir ki, qiymətlə bərabər onlar üçün keyfiyyət də önəmlidir.

Yəni keyfiyyət nə qədər yüksək olarsa, pullarına da bir o qədər qənaət etmiş olarlar.

фото

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Ən çox oxunanalar