Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Messi və Aquero Argentina yığmasından kənarda qaldı - Siyahı

Argentina yığmasının Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün ilkin heyəti açıqlanıb


Apasport.az-ın Argentina Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Xerardo Martino 35 futbolçuya dəvət göndərib.
 
Gözlənildiyi kimi, aparıcı futbolçulardan Anxel di Mariya, Xavyer Maskerano, Xavyer Pastore, Qonsalo İquain, Lionel Messi, Serxio Aquero, Ezekyel Lavezzi və Karlos Tevez Olimpiadaya yollanacaq heyətdə yer almayacaqlar. Baş məşqçi onların xidmətindən Cənubi Amerika Kubokunda yararlanmaq niyyətindədi.
 
“Yuventus”un gənc ulduzu Paulo Dibala isə Rio-2016-da iştirak edə biləcək. Onun yarışı buraxacağı gözlənilsə də, klubu “Yuventus” yarımmüdafiəçiyə icazə verib. Ancaq əvəzində Dibala Cənubi Amerika Kubokuna qatılmayacaq. Dibala ilə yanaşı, tanınmış futbolçulardan Mauro İkardi, Anxel Korrea və Lusiano Vietto da heyətə cəlb olunublar.
 
Argentina yığmasının heyəti:
Qapıçılar: Geronimo Rulli, Aksel Verner, Auqusto Batalla, Ezekyel Unsain
Müdafiəçilər: Xose Luis Qomes, Viktor Salazar, Mateo Musakkio, Conatan Maydana, Emmanuel Mammana, Ramiro Funes Mori, Viktor Kuesta, Lautaro Canetti, Conatan Silva, Aleksis Soto, Leandro Veqa
Yarımmüdafiəçilər: Matias Kranevitter, Mauritsio Martines, Santyaqo Askakibar, Leandro Paredes, Lukas Romero, İvan Rossi, Covani Lo Çelso, Manuel Lanzini, Franko Çervi
Hücumçular: Anxel Korrea, Xoakin Korrea, Emiliano Riqoni, Kristian Espinoza, Kristian Pavon, Martin Benites, Paulo Dibala, Mauro İkardi, Lusiano Vietto, Conatan Kalleri, Covanni Simeone.
 
Qeyd edək ki, Yay Olimpiya Oyunlarında futbol yarışları avqustun 4-dən 20-dək keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar