Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Dirçəliş gününə bu gündən baxanda...


Sərdar Cəlaloğlu: “O dövrdəki hərəkat həmin mitinqlərdə çıxış edən adamların əməllərinin nəticəsi idi, nə də onların həmin mitinqlərdəki çıxışlarını kölgə altına salmaq olmaz”


“Başqalarının önə çıxmasına heç kim maneə olmurdu. Yəni meydan boş idi. Məsələn mənim yadıma gəlir ki, biz Naxçıvanda mitinqlərə başlayanda hətta yaxın adamlarımız belə mitinqlərdə çıxış etmək istəmirdilər”.

Bu sözləri Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Dirçəliş günün önəmi və tarixdəki yerini PİA.AZ-a şərh edərkən bildirib.

Bu gün Azərbaycan Milli Dirçəliş gününü qeyd edir. 19 il əvvəl məhz bu gün bir milyondan artıq insan Bakının mərkəzi meydanına, o zaman Lenin meydanı olaraq adlanan, hazırkı Azadlıq meydanına toplandı. Bu doğurdan o dönəm üçün böyük bir fırtına idi. İlk dəfə insanlar, həm də yüz minlərlə insanlar heç nədən çəkinmədən düşündüklərini deyirdilər. Halbuki 17 noyabr 1988-ci ilə qədər o meydana toplanan hər kəs bütün ömrü boyu düşündüyünü hayqırmağı, hayqırmağı xəyal etmişdi... 

O günün möhtəşəmliyi də elə bu idi. Bir milyondan artıq insan xaotik bir şəkildə bir araya gəlib içindəki həqiqəti hayqırırdı. Və hər kəsin həqiqəti eyniydi. Azadlıq, milli dövlət, ermənilərin torpaqlarımıza təcavüzünün durdurulması. Hər kəs içindən gələn bu tələblə meydanlara çıxmışdı. Və o gün orda olan hər kəs qəhrəmandı. Və bu qəhrəmanlar birlikdə bir millətin qəhrəmanlığını ortaya qoyurdular...

Sonra nə oldusa oldu. Zaman keçdi və “Meydan hərəkatı” elə həmin meydanda hayqıran insanlar tərəfindən lağ obyekti oldu. Bir çoxları özlərini qınamağa başladı. Əsas qınaq obyekti isə o idi ki, onları meydanda intellekdən kasad adamlar idarə ediblər... Çox təəssüflə qeyd etməliyik ki, hələ də bu iddia bir çoxları üçün keçərlidir və hələ də o böyük və möhtəşəm hərəkat məhz buna görə aşağılanmaqdadır. 

Mövzunu PİA.AZ-ın əməkdaşı o dövrdə Milli Azadlıq hərəkatının çox saylı öncüllərindən biri, hazırda Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib. 

Похожее изображение

Sərdar Cəlaloğlu: “Hər şeyi hərəkatın liderlərinin Dövlət Təhlükəsizlik Komitəsinin agentləri olmaqda  ittiham etməkdə axtarmaq olmaz. Düzdür bunlarında var idi”.


Sərdar Cəlaloğlu hesab edir ki, o dövrdə insanları meydana çıxaran dşvlət yaratmaq arsusu idi və bizim millət uzun əsrlərdir ki, bu istəyi özünün genetik yaddaşına yazıb:

“Ümumiyyətlə, sonradan hadisələrin necə baş verməsindən asılı olmayaraq o dövrün hadisələri göstərdi ki, Azərbaycan xalqı öz genetik yaddaşında müstəqil, suveren xalq olmaq hissini daşıyır və buna hazırdır. Dövlət yaratmaq arzusu uzun illərdir ki, onun milli yaddaşında yaşayır. Yəni bütünlükdə bunu indi baş verən hadisələrlə əlaqələndirmək olmaz. Tarix tənəzzüllə tərəqqininin əvəzlənməsi ilə inkişaf edir. Bugün bizim yaşadığımız tənəzzül dövrünün özü də yeni tərəqqiyə hazırlıqdır. Buna görə də indi baş verən sosial neqativ hadisələrdən çıxış edib, həmin dövrdə baş verən hadisələrə şübhə ilə yanaşmaq, ən azından dəyərini azaltmaq olmaz. 

Eyni ilə Şah İsmayıla, Nadir şaha, Qacara dövlət yaratmaq üçün hansı qüvvə kömək etmişdisə, bizim Milli Dirçəliş Hərakatımıza da həmin qüvvə kömək edib. Baxmayaraq ki, bu günkü nailiyyətlərimiz gözlədiklərimizdən çox-çox aşağıdır, amma həmin tarixi ruh varsa və həmin ruh zaman-zaman xalqın böyük nailiyyətlər qazanmasına kömək edirsə, deməli gələcəkdə bizim daha ciddi nailiyyətlər qazanmağımıza kömək edəcək. Doğrudan da arzuladığımız , uğruna mübarizə apardığımız firavan, azad, ədalətli cəmiyyəti qura biləcəyik. 

Sərdar Cəlaloğlu: “Şah İsmayıla, Nadir şaha, Qacara dövlət yaratmaq üçün hansı qüvvə kömək etmişdisə, bizim Milli Dirçəliş Hərakatımıza da həmin qüvvə kömək edib”.


Tarixin ictimai-siyasi hadisələrində şəxsiyyətin rolunu şişirtmək, qabartmaq həmişə yalnış nəticəyə gətirib çıxarır. Nə o dövrdəki hərəkat  həmin mitinqlərdə çıxış edən adamların əməllərinin nəticəsi idi, nə də onların həmin mitinqlərdəki çıxışlarını kölgə altına salmaq olmaz. Məsələ burasındadır ki, həmin dövrdə yaranmış şəraitdə məhz həmin insanlar həyatlarını təhlükəyə atıb, istedadları, bacarıqları ilə qabağa çıxdı. 

Halbuki başqalarının önə çıxmasına heç kim maneə olmurdu. Yəni meydan boş idi. Məsələn mənim yadıma gəlir ki, biz Naxçıvanda mitinqlərə başlayanda hətta yaxın adamlarımız belə mitinqlərdə çıxış etmək istəmirdilər. İclaslarda şəkil çəkilən zaman başlarını aşağı əyirdilər ki, şəkilləri qəzetdə çıxsa onları kimsə incidə bilər. Belə bir şəraitdə həmin adamlar ailəsini, yaxınlarını, gələcəyini riskə qoyub qabağa çıxırdılarsa, onların intellektual səviyyəsinin indi heç bir əhəmiyyəti yoxdur. Yəni inqilablar iintellektlə edilmir, adətən cəsarətlə, hissiyyatla, kütləylə kommunikasiya yaratmaqla bağlı  problemi olmayan inqilab  lideri meydana çıxır. Ona görə də mən düşünürəm ki, həmin dövrün çıxış edən liderlərinin intellektual səviyyəsini aşağı hesab etmək qətiyyən düz deyil. 

İkincisi də Azərbaycan uzunmüddət Rusiya imperyasının tərəfləri tərkibində qalmışdı və biz siyasi həyatdan kənarda saxlanmışdıq. Heç bir siyasi təcrübəmiz yox idi. Biz həmin dövrdə həm təcrübə yaradırdıq, həm də həmin təcrübə əsasında irəliyə doğru gedirdik.Buna görə də Azərbaycanda siyasətin əlifbasını yaradan insanları necə intellekt kasadları hesab etmək olar? Bugün Azərbaycandakı mövcud siyasi elm, siyasi şüur, əsasını həmin dövrdə qoyub. 

Üçüncü amildə odur ki, istər qələbə, istərsə də məğlubiyyətdə xarici faktorları göz ardı etmək olmaz. Azərbaycan Milli azadlıq Hərəkatınn başlanmasında da xarici faktorların güclü önəmi vardı. Yeltsin hakimiyyətə gələndən sonra Azərbaycanda çox asanlıqla həm hakimiyyət dəyişilməsi baş verdi, həm də hadisələr öz məntiqi sonluğuna çatdı. Amma sonrakı dövrlərdə 1 milyon adamın küçəyə çıxmasına baxmayaraq heç bir nailiyyət əldə edə bilmədi. Ona görə də xarici faktoru da göz ardı etmək olmaz. 

Sərdar Cəlaloğlu: “İnqilablar intellektlə edilmir, adətən cəsarətlə, hissiyyatla, kütləylə kommunikasiya yaratmaqla bağlı  problemi olmayan inqilab  lideri meydana çıxır”.


Bugün bizim önümüzdə 3 siyasi nümunə  var: Gürcüstan, Ukrayna, Azərbaycan. Gürcüstan və  Ukraynaya Avropa, Amerika  mütəşəkkil şəkildə dəstək verdilər. Azərbaycan isə dəstək vermədilər. Dəfələrlə daxili güclər qələbə qazandı, amma qələbələrini təsdiq edə bilmədilər. Çünki xarici faktor köməyə çatmadı.

Yəni bu baxımdan hər şeyi hərəkatın liderlərinin üstünə atmağa hətta onları intellektsizlikdə, Dövlət Təhlükəsizlik Komitəsinin agentləri olmaqda  ittiham etməkdə axtarmaq olmaz. Düzdür bunlarında var idi. Amma ümumi işin nəticəsi göstərdi ki, həmin hərəkata  rəhbərlik edənlər düz yolda olub. Çünki məqsəd Azərbaycanın müstəqilliyi idi və nəticə olaraq biz müstəqilik. Dünyanın 200-dən bir qədər artıq olan müstəqil dövlətindən biriyik. Bizim kimi on minə yaxın xalq var ki, dövləti yoxdur”.

Sübü ƏZİZLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar