Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mingəçevir su anbarına qayıqla daxil olan şəxs yaxalandı



Mingəçevir su anbarının mühafizə xidməti əməliyyat keçirib


PİA.AZ lent.az-a istinadən xəbər verir ki, fevralın 28-də saat 01:57 radələrində Xüsusi Riskli Xilasetmə xidmətinin N saylı hərbi hissəsinin Mingəçevir Su Anbarında mühafizə xidməti aparan mühafizəçi-operatorları müşahidə kameraları vasitəsilə su anbarının 1-ci və 2-ci mühafizə postlarının sahilə yaxın olan hissəsində naməlum şəxsin avarlı qayıqla qadağan olunmuş əraziyə daxil olduğunu müşahidə ediblər. Nəticədə mühafizə naryadı təlimata uyğun olaraq hadisə ilə əlaqədar növbətçi hissəni məlumatlandırıb.
 
Məlumatda bildirilir ki, xidmətin mühafizəçiləri qadağan olunmuş əraziyə daxil olan naməlum şəxsin digər (xəbərdarlıq) üsullarla saxlanılması mümkün olmadığından mühafizə naryadı adıçəkilən qayıq vasitəsini 1,5-2 km sahil boyu təqib edərək saxlamağa nail olub.
 
İlkin araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs 1963-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mustafayev Mübariz Aslan oğludur. O, qadağan olunan əraziyə daxil olmasını balıq ovu ilə izah edib. Saxlanılan şəxs müvafiq tədbirlərin görülməsi məqsədi ilə Mingəçevir şəhər Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. 





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar