Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC görüşündən gözlənilən nəticə - Azərbaycan üçün məqbul ssenari


Bu gün Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin gündəlik neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasının müddətinin uzadılması məsələsi müzakirə olunacaq


Bəs görəsən, sazişlə bağlı müxtəlif variantlar təklif edən ölkələr sonda hasilatın hansı həcmdə azaldılması və sazişin hansı müddətə uzadılmasında razılaşacaqlar? Azərbaycan üçün variantlardan hansı daha məqbul hesab olunur?

Mövzu ilə bağlı OilGas.az-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov istənilən halda bu gün OPEC-in neft hasilatının azaldılması barədə sazişin müddətini uzadacağını bildirib: “Təbii ki, hazırda üstünlük müddətin 9 ay uzadılması variantındadır. OPEC daxili ölkələrdən Səudiyyə Ərəbistanının və kartel xaricində Rusiyanın bir müddət öncə sazişin müddətinin 2018-ci ilin mart ayının sonuna qədər uzadılmasını təklif etməkləri bu istiqamətdə razılıq əldə olunması ehtimalının daha yüksək olduğunu deməyə əsas verdi. Böyük ehtimalla, bu gün axşam saatlarında müzakirələrin nəticəsi məlum olacaq”.

Ekspertin sözlərinə görə, hasilatın daha böyük həcmdə azaldılmasıyla bağlı ola bilsin ki, hələ razılıq əldə olunmayacaq. Belə ki, OPEC və kartelə daxil olmayan ölkələr gündəlik neft hasilatının 2 milyon barel deyil, daha çox azaldılması ilə bağlı razılıq əldə edə bilərlər: “Lakin bu ehtimal nisbətən aşağı səviyyəli kimi qiymətləndirilir. Xüsusilə də son 5 həftədə ABŞ-da rezervlərin həcmində mütəmadi olaraq azalmanın baş verməsi OPEC iştirakçılarında ruhlandırma yarada bilər. Belə ki, hazırda görülən tədbirlər uzun müddət vaxt tələb etsə də, müəyyən mənada öz effektini verməyə başlayır. Ümumiyyətlə, dünya neft rezervləri gözlənildiyi qədər azalmasa da, cüzi azalma baş verir. Bu, bir tendensiyadır və iştirakçılar tərəfindən qiymətləndirilə bilər”.

Ekspert qeyd edib ki, Azərbaycan üçün məqbul variant növbəti illərdə daha uzun müddətli və eyni zamanda dərinləşdirilmiş sazişin imzalanmasıdır: “Belə ki, Azərbaycan dünya enerji bazarında kiçik istehsalçılardan biri hesab olunur. Bu prizmadan yanaşsaq, OPEC və ABŞ arasında enerji bazarları uğrunda mübarizə Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil. Azərbaycan öz neft məhsullarını dünya bazarlarında yerləşdirə bilir. Bu baxımdan da, Azərbaycan üçün maraqlı olan neftin qiymətinin  daha çox artmasıdır. Neftin qiymətini daha çox artıra biləcək variant isə 9 ay deyil, daha uzun müddətli dövrü əhatə edəcək hasilatın azaldılması barədə sazişin imzalanmasıdır. Eyni zamanda hasilatın gündəlik 2 milyon barel deyil, daha dərinləşdirilmiş, daha böyük həcmdə azaldılmasının bu sazişdə öz əksini tapması qiymət artımına müsbət təsir göstərəcək. Bu zaman neftin qiyməti 60 dolların üzərində qərarlaşa bilər. Bu təbii ki, Azərbaycanın maliyyə sabitliyi, dövlət neft şirkətinin maliyyə sabitliyi üçün mühüm təsirə malik olar”.

Aydan AXUNDOVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Ən çox oxunanalar