Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Papa “erməni soyqırımı“ ifadəsi işlədəcəkmi?

Fransisk qondarma abidəni ziyarət edəcək; Azərbaycan və Gürcüstana səfərini təxirə salan katoliklərin başçısının “erməni məhəbbəti” azalmır


İyunun 24-də Roma papası Fransiskin Ermənistana səfəri başlayıb. Hava limanında Papanın qarşılanma mərasimi keçirilib. Ənənəvi olaraq Ermənistan tərəfi Roma Papasına lavaş və ərik hədiyyə edib. Fransiskin düşmən ölkəyə səfəri iyunun 26-a qədər davam edəcək.

Roma papası Ermənistan prezidenti Serj Sarkisyan, erməni katolikosu II Qaragen və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Bundan əlavə, səfər proqramında papanın qondarma “erməni soyqırımı qurbanları”nın xatirə kompleksinə ziyarət də var. 

Qeyd edək ki, Fransiskin bundan əvvəl səfəri AzərbaycanErmənistana planlaşdırılmışdı. Lakin xristian təəssübkeşliyi buna imkan vermədi. İlk öncə təcavüzkar ölkəyə səfəri vacib sayan papa sentyabrın 30- və 2 oktyabr tarixlərində Azərbaycan və qonşu Gürcüstana səfər edəcək. 

Politoloqlar Roma papasının “erməni soyqırımı qurbanları”nın abidəsini ziyarət etməyi planlaşdırmasının Azərbaycan və Türkiyə qarşı hörmətsizlik sayırlar. Ziyarətin baş tutacağı təqdirdə hər iki ölkənin buna öz etirazını rəsmi şəkildə bildirməsinin vacibliyi vurğulanır. 

Politoloq Natiq Miri hesab edir ki, Fransiskin Ermənistan səfəri Azərbaycanla münasibətləri pisləşdirməyəcək: “Roma papasının səfəri Ermənistana nəzərdə tutulmamışdı. Bu səfər bütövlükdə üç Cənubi Qafqaz ölkələrinə planlaşdırılmışdı. 

Amma aprel döyüşlərindən sonra bu səfər təxirə salındı. Ancaq Ermənistana səfər qüvvədə qaldı. Bunu aprel döyüşlərindən sonra Vatikanın Azərbaycan olan etirazı və ermənilərə olan dəstəyi kimi dəyərləndirmək lazımdır. Sadəcə bu dəstəyi açıq şəkildə büruzə verməmək üçün Azərbaycanın gözünə Gürcüstan da qatıldı. Səfərlər də sonraya saxlanıldı. Papanın Ermənistan səfəri dini ideoloji xətlə bərabər siyasi əhəmiyyət də daşıyır. Bu səfərlə papa Vatikanın siyasi çevrələrdə nüfuzunu da bərpa etmək istəyir. Bununla katoliklərin nüfuzunu Ermənistanda qaldırmaq niyyətindədir. Tədricən erməniləri rusların nəzarətindən çıxarmaq, Qərb dövlətlərinə inteqrasiya etməsi üçün addımlar atacaq. Bunun təzahürü yəqin ki, səfər boyunca özünü göstərəcək. 

Bununla Türkiyə ilə bərabər həm də Ermənistana bir mesaj veriləcək. Ola bilsin ki, “erməni soyqırımı” abidəsini ziyarət edərkən papa soyqırımı ifadəsini işlətməsin. 

Çünki Vatikanın mətbuat katibi bu yöndə açıqlama verərkən bütövlükdə “erməni soyqırımı” ifadəsinin işlədilməsində həvəsli olmamaq barədə fikirlər səsləndirdi. Bu soyqırım ifadəsinin siyasi alverə çevrilməsinin əleyhinə olduqlarını bildirdi. Roma papası ötən il  qondarma soyqırımın yüz illiyində bu ifadəni işlətməsi Türkiyə ilə münasibətlərə xələl gətirmişdi. Ola bilsin ki, növbəti dəfə bu ifadəni işlətməsin. Amma xristian dünyasına bu yöndə bir mesaj veriləcəyi gözlənilir. Azərbaycan və Türkiyə bu yöndə birgə siyasət yürütməlidir”.

Politoloq papanın addımlarında qətiyyətli görünməsinə də aydınlıq gətirdi: “Bütün xristian dövlətləri, hətta Türkiyə ilə NATO-da müttəfiq olan ölkələr belə Ermənistana səfər edərkən bu abidəni protokol qaydası olaraq ziyarət edirlər. Nəzərə almaq lazımdır ki, katoliklərin başçısı dini nöqteyi-nəzərindən abidəni ziyarət etmək məcburiyyətindədir. Bu baxımdan rəsmi protokolu pozmaq istəməyəcək. Amma “erməni soyqırımı” ifadəsinin işlənməsi təxirə salınacaq. Vatikan Azərbaycan və Türkiyə ilə münasibətlərə xələl gəlməsini istəməyəcək. Çünki bu məsələ daha çox siyasi anlam daşıyır. Sonuncu dəfə soyqırım ifadəsini işlədən Roma papası bunu təkcə 1915-ci ilə aid etmədi. Yəhudilər və 1932-34-cü illərdə Ukraynada aclıqdan ölənlərə qarşı da soyqırımın baş verdiyini bildirdi. Türkiyəyə qarşı bu ifadəni bir növ yumşaltdı”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar