Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Papanın gizli gücü



Dünyanın onlarla ölkəsində katoliklik əsas dindir, 1 milyarddan çox ardıcılı olan Roma Papası böyük bir maliyyə imperiyasına sahibdir


Bazar günü Vatikanda keçirilən tədbirdə “erməni soyqırımı” ifadəsi işlədən Papa dünyanın diqqət mərkəzindəki adama çevrildi. Ancaq söylədiyi ifadəyə görə, Türkiyə və Azərbaycanda mənfi planda qəhrəmana çevrilən Roma Papası dünyada ən böyük dini qrupun lideri kimi böyük bir gücə sahibdir. Daha çox medianın gündəminə Vatikanda və katolik kilsəsində baş verən qalmaqallarla gündəmə gələn, əksər vaxt tənqid olunan, hücumlara məruz qalana Papa bütün bunların fonunda gizli bir gücü təmsil edir. 

Roma Papasının Türkiyə dövlətinin sərt təpkisinə sakit reaksiyası, bunun ardınca Avropa Parlamentinin və ABŞ Dövlət Departamentinin erməni məsələsi ilə bağlı mövqeyi göstərdi ki, hər nə qədər zəif göstərilsə də, Roma Papasının hələ də böyük nüfuzu var. Təbii ki, Roma papaları 1000 il və ya 500 il əvvəlki gücə sahib deyillər. Bir zamanlar Papa xristian dünyasının lideri, siyasi hakimiyyətlər, krallar üzərində söz sahibi olan, dünyanın taleyinin dəyişməsinə səbəb olan səlib yürüşlərinin təşkilatçısı idi. Eyni zamanda Avropada kilsəyə qarşı çıxan minlərlə insanın diri-diri yandırılması, edam və sürgün edilməsi ilə nəticələnən inkivizisiya prosesinin əsl ilhamvericisi məhz Roma Papası idi. Bu gün o zamankı güc olmasa da, hələ də sayı 1 milyardı keçən katoliklər arasında Roma Papası böyük nüfuz sahibdir. Və təbii ki, həm də siyasətə təsir edə bilir.

Romada Papa institutunun yaranması 4-cü əsrin əvvəllərinə gedib çıxır. Həmin vaxt Roma imperatoru Konstantin xristianlığı dövlət dini elan edir. 395-ci ildə isə Roma imperiyası Şərqi və Qərbi olmaqla iki hissəyə ayrılır və təbii ki, hər bir paytaxtda xristian mərkəzi olur. 451-ci ildə isə Xalkedon kilsə konfransında xristianlıq iki imperiyada rəsmi din olur. Ancaq xristianlığın rəsmən bölünməsi 1054-cü ilə təsadüf edir. Bu tarixdə xristianlıq iki məzhəbə - “Provaslav” (Həqiqi din) və “Katolik” (Ümumdünya dini) bölünür. Roma katolik kilsəsinin rəhbəri - Roma Papası katolik xristianların mənəvi lideridir və uzun illər eyni zamanda siyasi güc anlamı daşıyıb. Latın Amerikası, mərkəzi və cənubi Afrikada, eləcə də Avropada onlarla dövlətin əhalisinin böyük əksəriyyəti katolikdir. Bu ölkələrdə Roma kilsəsinə tabe olan dini mərkəzlər - monastr, kilsə və din xadimləri ordusu bir başa Papaya tabedir. 

Avropanın ölkələrində - İtaliya, Malta, Fransa, İspaniya, Portuqaliya, İrlandiya, Polşa, Lüksemburq, Litva, Avstriya, Belçika, Macarıstan, Slovakiya, Sloveniyada - əhalinin böyük əksəriyyəti (Sloveniyada 60 faizdən artıq, İtaliyada 98 faiz) katoliklər təşkil edir. O cümlədən qitənin ən iri ölkəsi olan Almaniyada əhalinin 34 faizi, Britaniyada isə mühüm bir hissəsini katoliklər təşkil edir. Ümumilikdə Avropa Birliyinə üzv ölkələrin 14-də əhalinin 50 faizindən çoxunu katoliklər təşkil edir. O cümlədən Amerika qitəsində 30-dan artıq ölkədə, o cümlədən Kanadada katolik kilsəsi əhalinin etiqad etdiyi əsas dindir. Bundan başqa Cənubi və Mərkəzi Afrikada və Filippində əhalinin böyük hissəsi katolik məzhəbinə mənsubdur. 
Yeri gəlmişkən, Ermənistan xristian ölkəsi olsa da, erməni əhalinin böyük əksəriyyəti erməni Qriqorian kilsəsinə etiqad edir. Yalnız əhalinin az bir hissəsi erməni katolik kilsəsinə tabedir. Erməni Qriqorian kilsəsi isə iki mərkəzdə yerləşir. Ermənistandakı ermənilər əsasən Üçkilsə (Eçmiədzin) və Livanda yerləşən Kilikiya katolikosluğu.

Dünyada 1 milyard katolikin mənəvi lideri olan Papanın dövlətinin əhalisi 1000 nəfərdən azdır. Romada yerləşən və 44 hektar ərazisi olan Vatikan xristian dünyasının əsas dini mərkəzi olaraq qalır. Hər il 17 milyon insan Vatikana gələrək Papanın xeyir-dualarını almağa və bir zamanlar dünyaya hökm edən gücün nişanəsi olan möhtəşəm tarixi abidələri ziyarət etməyə gəlir. 

Ancaq hər nə qədər kənardan zəiflədilmiş, təsirsiz bir dini institut kimi görünsə də, Vatikanın hələ də katoliklərin çoxluqda olduğu ölkələrdə güclü siyasi, iqtisadi təsirləri var. Vatikanın özündə və dünyanın katoliklər yaşayan ölkələrinə səpələnmiş 115 kardinal, o cümlədən yepiskoplar olduqları ölkələrdə siyasi elita içərisində ciddi nüfuza sahib olurlar. Yeri gəlmişkən, Papa dövlətinin dünyanın bütün bölgələrinə səpələnmiş əmlakı 300 milyard dollar qiymətində dəyərləndirilir. Avropa mətbuatında gedən iddialara görə, yalnız İtaliya birjasında Vatikana məxsus 1,6 milyard dollar dəyərində səhm var. Yalnız İtaliya ərazisində Vatikana məxsus 110 min daşınmaz əmlakın qiyməti 9 milyard dolardır. Oxşar vəziyyət katolikliyin geniş yayıldığı digər Avropa ölkələrində də mövcuddur. Eyni zamanda iddialara görə, Vatikanın Rotşild ailəsi və eləsə də “Credit Suisse” bankı vasitəsilə böyük məbləğdə yatırımlar həyata keçirir. Bundan başqa Roma kilsəsinin “Gulf Oil”, “Shell”, “General Motors”, “General Electric” və sair bu kimi iri şirkətlərdə milyard dollarla ölçülən hissələrə sahibdir. Bundan başqa yalnız ABŞ birjalarında Vatikanın 50-60 milyard dollar pulunun “dövr elədiyi” qeyd olunur. ABŞ Vatikana məxsus əmlakın dəyərinin 100 milyard həcmində qiymətləndirilir.

Qeyd edək ki, bütün bu güc 1000 illik bir tarix boyunca formalaşıb. Bu gün də özünü göstərir. Dünya siyasi liderləri Roma Papası ilə hesablaşır, Papanın görüşünə gedir. Təbii ki, bu, Vatikan “dövləti” naminə olmur. Roma Papasının arxasındakı güc dünyanı hələ də onunla hesablaşmağa vadar edir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Ən çox oxunanalar