Bakıda avtomobil yanıb
PİA.AZ Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılaraq yanğın hadisəsi baş verib.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobildə olan sərnişin aldığı bədən xəsarətlərindən yanğınsöndürənlər tərəfindən Təcilli Tibbi yardım xidmətinə təhfil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndüülüb.
pia.az