Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaçqınlar üçün tikilən qəsəbələrə ayrılan dövlət vəsaitini talayan «şəbəkə»


Elman İsmayılov, Qasım Qasımov və Teyyub Əliyev “dostluğuna” Fərhad Təhməzov da qoşulub


PİA.AZ ötən həftə Bərdə rayonunda Məcburi köçkün ailələri üçün yeni salınmış qəsəbədə Bərdə İcra başçısının köməkçisi Zaur Bəylərovla Qaçqınkomun şöbə müdiri Elman İsmayılıov birlikdə mənzilləri satması ilə bağlı məlumat vermişdi.

Bu məsələ ilə bağlı apardığımız araşdırmada məlum oldu ki, Bərdə rayonu ərazisində 16 hektar ərazidə 866 ailə üçün yeni salınan qəsəbənin tikintisini  «Şəms-95» MMC həyata keçirib. Qəsəbə tam hazır vəziyyətə salınıb və mənzillərin 70 bir otaqlı, 430 ikiotaqlı, 325 üçotaqlı, 25 isə dörd otaqlıdır. Məlumatımızda onuda qeyd etmişdik ki, mənzilləri otaqların sayına görə satırlar. Bildirək ki, hazırkı qəsəbəyə artıq məcburi köçkünlərin yerləşdirilməsi prosesi başlayıb və 700-ü Ağdam, qalan 166 mənzilə isə başqa rayonlardan köçkün düşmüş sakinlər məskunlaşdırılacaq.

PİA.Za daxil olan məlumata görə üç və dörd otaqlı mənzillərin rüşvətlə satılması işinə birbaşa Qaçqınkomun şöbə müdiri Elman İsmayılov havadarlıq edir. Bu işdə isə şöbə müdirinin “makleli” rolunu oynayan isə Bərdə icra abşçısının köməkçisi Zaur Bəylərovun olduğu bildirilir. Elamar İsmayılovun məhz məcburi köçkünlər üçün tikilib istifadə edilən bütün qəsəbə və məktəblərə nəzarət etdiyi bildirilir.

Etibarlı mənbə  Elman İsmayılovun «Şəms-95» MMC-nin rəhbəri Qasım Qasımovla ciddi münasibətlərinin olduğu və bu «münasibətin» səbəbinin  isə məcburi köçkünlərə tikilən qəsəbə, məktəblərdəki külli miqdarda yeyintinin baş verməsi ilə əsaslandırdı. Yəni  Qasım Qasımovun məcburi köçkünləri üçün gördüyü bütün tikinti işlərini Elman İsmayılov təhvil alır.

Mənbəmiz bildirir ki, Qaşqınkomda qaçqınlar üçün tikilən binalarda aparılan maxinasiyalarda tam bir şəbəkə iştirak edir. Bu şəbəkəyə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin departament rəhbəri Elman İsmayılov, Komitənin Sosial İnkşaf Fondunun yeni direktoru Fərhad Təhməzov və Komitəninin Texniki Nəzarət departamentinin direktoru Teyyub Əliyevdir. Mənbə bildirir ki, bu «üçlük» qaçqınlar və məcburi köçkünlər iüçün tikilən bütün və təmir olunan bütün layihədəri öz nəzarətləri altında saxlayırlar. Daha çox layihələr isə «üçlüklə» sıx iş birliyi içində olan «Şəms-95» MMC-nin rəhbəri Qasım Qasımova verilir.

Bildirilir ki, Qarpabağda aparılan bütün layihələri inhisara alan bu şəxslər həmçinin regionda özlərinə böyük bizneç sahələri yaradıblar. Belə ki, Teyyub Əliyev və Elman İsmayılov Ağdamda  böyük tikinti materialları dükanları açıblar. Tikilən qəsəbələrə də, tikinti materialları məhz bu dükanlardan alınır. Təbii ki, qiymətlər bir nebə dəfə şişirdilir.

Mənbə bildirir ki, Ağdamın ən böyük tikinti materalları bazası Teyyub Əliyevin sürücüsü Nəriman adlı şəxsin adınadı. Bundan başqa Teyyub Əliyev Ağdamda, Xaçınçay çayının vadisində çınqıl və qumm karyeri işlədir və qaçqınlar üçün tikilən bütün qəsəbələrə qumm və çınqıl bu karyerdən daşınır. Həmçinin məlumatda vurğulanır ki, Xaçınçay çayının vadisində istismar olunan həmin karyer qanunsuz fəaliyyət göstərir və faktiki olaraq dövlətin təbii ehtiyatları Teyyub Əliyev tərəfindən istismar olunur və dövlətə külli-miqdarda ziyan vurulur. Şəbəkədəki digər önəmli fiqur isə Qaçqınlara və Məcburi Köçkünlərə Sosial İnkşaf Fondunun direktoru Fərhad Təhməzovdur. Məlumatlı şəxs iddia edir ki, Qaçqınkom rəhbərinə yaxın olan bu üç şəxs heç kəslə hesablaşmdan fəaliyyət göstərirlər. Yəni birbaşa Baş nazirin müavinin etimadınıdan istifadə edərk dövlətin milyonlarını necə lazımdır o cürdə xərcləyirlər.

Bildrilir ki, Qaçqınlara və Məcburi Köçkünlərə Sosial İnkşaf Fondunun direktoru Fərhad Təhməzov vəzifəyə yeni gətirilsə də, Qaçqınkoma ayrılan maliyyə vəsaitinin böyük bir hissəsinənəzarət edir və bu da «şəbəkəyə» istədikləri qədər vəsait silməyə imkan yaradır.

Məlumatlı mənbə iddia edir ki, Bərdədə “Şəms-95” MMC tərəfindən yeni tikilən qəsəbənin tikintisində külli miqdarda dövlət vəsait mənimsənilib. Mənimsənilən vəsait isə məhz Elmar ismayılovun razılığı əsasında istifadə olunan tikinti matreallarının qiymətinin bir neçə dəfə şişirtməklə sənədləşdirilməsidir. şişirdilmiş tikinti matrealları maxinasiyasında isə, Elmar İsmayılovun şəxsi «hesabı» tamam başqadır.

Bildirilir ki, Teyyub Əliyev kimi Elmar İsmayılov da BərdəAğdam rayonları ərazisində bir neçə iri tikinti matrealları topdan satış mərkəzi yaratmış və «Şəms-95» MMC-nin istifadə etdiyi matrealalrın bir hissəsi şöbə müdirinin obyektlərindən alınıb. İstifadə olunan digər tikinti materialları isə qəsəbənin təhvil alınmasında əsas vəzifə sahiblərindən biri olan Teyyub Əliyevin dükanlarından və karyerindən alınıb.

Məlumatlı şəxs onu bildirir ki, son günlər Fərhad Təhməzovunda Elman İsmayılov və Teyyub Əliyev cütlüyünün yanında görünməsinin səbəbilərində nbiri yeni qəsəbəyə köçürülən ailələrə bir çox ev əşyalarının verilməsi prosesi olacaq.  Və Fondun rəhbəri məcburi köçkün ailələrə veriləcək avadanlıqlarıda «Şəms-95» MMC-nin əli həyata keçirərək Qasım Qasımovun dostluq payından yararlanacaq. Yəni söhbət qəsəbədə tikilən evlərin mebellə təmin olunması zamanı böyük miqdarda vəsaitin mənimsənilməsindən gedir. Belə ki, adəti üzrə tikilən evlərə mebel alınması adı altında böyük maxinasiylar həyata keçirilir. Sənədlərdə göstərilsə də, nəinki həmin evlərə mebel qoyulmur, üstəlik ev veriləcək qaçqın və məcburi kgçkünlərdən 1000-1500 manat həcmində «şirinlik» də alınır.

Onuda qeyd edək ki, yuxarıda qeyd etdiyimiz qəsəbə ilə bağlı redaksiyamıza göndərilən məlumatlarda daha sidi faktlar var və həmin məlumatları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar