Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qafqaz müsəlmanlarının III şeyxülislamına məxsus 250 yaşlı iki Quran kitabı tapılıb


Bu günlərdə Qafqaz müsəlmanlarının III şeyxülislamına məxsus 250 ildən artıq yaşı olan iki Qurani-Kərim kitabı Nizami Gəncəvi adına Salyan şəhər mərkəzi kitabxanasına hədiyyə edilib


"Report”un Aran bürosu xəbər verir ki, Şeyx Əhməd Salyaniyə məxsus olan bu kitablar kitabxananaın xüsusi şöbəsində qorunaraq saxlanılır.

Salyan şəhər mərkəzi kitabxanasında bir neçə ildir “Kitab abidələr”i mövcuddur ki, həmin kitablar dövlət reyestr xidmətində qeydiyyatdan keçərək xüsusi şöbədə saxlanılır. Kitabxananın Mübadilə şöbəsində qorunan 114 adda “Kitab abidələr”in 1 əsrdən çox yaşı var ki, bunlardan 69-u lüğət tərkibli, 15-i söz birləşmələri haqda ensiklopedik lüğət, 6-sı isə yer planetindən bəhs edən ensiklopediyadır. Qalanları “Qurani-Kərim” kitabının nümunələridir. Bu günlərdə evlərdə saxlanılan daha bir neçə qədim kitab kitabxanaya hədiyyə verilməklə “Kitab abidələr”nin siyahısını daha da zənginləşib.

Şeyx Əhməd Salyaniyə məxsus Quran kitablarının hər ikisi xəttatlar tərəfindən əllə yazılıb. Deyilənlərə görə, Şeyx Əhməd Salyani təxminən 1865-ci ildə həmin bu kitablardan istifadə edib. Ondan yadigar qalan bu kitablar isə 1937-ci il repressiya qurbanı olan Salyanın nüfuzlu din xadimi Mirbağır ağa Ağazadə tərəfindən ələ keçməməsi üçün torpağa basdırıb. Qazıntı zamanı bir neçə il bundan öncə həmin kitablar aşkar edilib və şəxsi evlərdə qorunaraq saxlanılıb.

1812-ci ildə Salyanda doğulub, 1887-ci ildə Tiflisdə dünyasını dəyişmiş, dövrünün görkəmli islamşünas alimi, Qafqaz müsəlmanlarının III şeyxülislamı olan Şeyx Əhməd Salyani Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, dahi mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar