Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb “rəngli inqilabları” kosmosa da yaymağa hazırlaşır


Londonda, Britaniyanın Mİ-6 xarici kəşfiyyat xidmətinin mənzil-qərargahının cəmi iki kvartallığında başqa planetlərdə despotik rejimlərin devrilməsi planları müzakirə olunur


Virtualaz.org saytı xəbər verir ki, BBC müxbiri başqa planetlərdə gələcək insan koloniyalarında diktatura rejimlərini devirmək yollarını müzakirə edən bir qrup mütəxəssis və araşdırmaçı ilə söhbət edib.

Qrup kosmik insan məskənində totalitar quruluşların hansı üsullarla devriləcəyinə dair indidən bir neçə variantı müzakirə edir. Və ən optimal variant hazırda Qərbin Yer kürəsində ona sərf etməyən rejimləri devirmək üçün tətbiq etdiyi “rəngli inqilab” modelinə oxşar modeldir.

Britaniyanın planetlərarası cəmiyyətində toplanan alimlər və mütəxəssislər hesab edirlər ki, insan elə kosmosda da insandır. Yəni gələcəkdə başqa planetlərdə, məsələn, Marsda insan koloniyaları yaradılsa, orada bəziləri diktatura rejimi yaratmaq niyyətinə düşə bilər.

Bu müzakirələr oyun-oyuncaq deyil, qrupun üzvləri uzaq kosmosda gələcək insan koloniyalarında qəddar diktaturaları devirmək barədə kifayət qədər ciddi müzakirələr aparırlar. Qrupa alimlər, sosioloqlar, mühəndislər, filosoflar, yazıçılar və digərləri daxildir.

Diskussiyalar Yerdən kənarda demokratiyalara həsr olunmuş üçüncü illik elmi konfrans çərçivəsində aparılır. Ötən ilki konfransda kosmik koloniyaların əsasında dayanan konstitusiya müzakirə olunub. Ən optimal variant Amerika konstitusiyası və İnsan Haqları barədə Bəyannamə hesab edilib.

“Bu dəfə biz bu variantın üzərində düşünürük ki, əgər koloniyaçılar onları qane etməyən hökumətləri devirməyə cəhd etsə nə baş verərdi”- deyə konfransın təşkilatçısı, Edinburq Universitetinin professoru Çarlz Kokell deyir.

Konfransda işlənib hazırlanan ssenariyə görə gələcək kosmik koloniya hermetik kapsulun içərisində yaşayan bir neçə yüz nəfərdən ibarət ola bilər.

Ən optimal variant kimi Marsdakı insan koloniyası üzərində müzakirələr aparılır. Nəzəri olaraq təxmin edilir ki, bu koloniyada sərt diktator bir qrup tərəfdarı ilə birlikdə oksigen generatorunun işinə nəzarət edir.

“Təxmin edirik ki, bu koloniyadakı hökumət sizin xoşunuza gəlmir və onu devirməyi qərara alırsınız. Zorakı varianta əl atılsa, nə baş verər? Qiyamçılar yaşayış məskənini dağıtmağa, illüminatorları yerindən çıxarmağa başlayır, nəticədə oksigen ətrafa sızır və havasızlıqdan hamı ölür. Deməli, kosmosda hakimiyyətin devrilməsinin güc metodu Yerdə olduğundan daha fəlakətli nəticələrə səbəb olardı”- professor deyir.

Ç.Kokell bildirir ki, bu baxımdan ən yaxşısı kosmosda diktaturanın yaranmasına imkan verməməkdir. Bunu qeyri-zorakı yollarla, məsələn, həmkarlar təşkilatı formalaşdırmaqla və hakimiyyətin hərəkətlərinə KİV vasitəsilə nəzarət etməklə həyata keçirmək olar.

“Kosmosdakı insan koloniyasında azad mətbuatın məhdudlaşdırılması ciddi problemlər gətirib çıxara bilər”- Ç.Kokell deyir.

Onun sözlərinə görə, koloniyada elə cəmiyyət yaratmaq lazımdır ki, orada məskunlaşanların maksimum vətəndaş azadlıqları təmin olunsun, eyni zamanda onlardan Yerdən kənar şərtlərdə birgə yaşamaq üçün maksimal məhsuldarlıq tələb edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Ən çox oxunanalar