Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Usubov Nardaranda şəhid olan polisin yas mərasimində


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakının Nardaran qəsəbəsində baş verən hadisələrdə şəhid olmuş polis serjantı İsmayıl Rəsul oğlu Tağıyevin Lənkəran şəhərində keçirilən hüzr mərasimində iştirak edib


Nazir Ramil Usubov mərhumun yaxınlarına başsağlığı verib.

Mərasimdə qeyd olunub ki, Azərbaycanda xalqına, millətinə sadiq olan insanlar yaşayır. Heç bir qüvvə xalqın birliyini sarsıda bilməz.

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Qəni Axundzadə noyabrın 27-də cənub bölgəsinin ruhanilərinin və dindarlarının bir araya gələrək prezident İlham Əliyevə müraciət ünvanladıqlarını bildirib: "Cənub bölgəsi dindarlarının dövlətimizə və dövlətçiliyimizə hər zaman sadiq olduqlarını qeyd ediblər".

Qeyd edək ki, 38 yaşlı İsmayıl Tağıyev bu il noyabrın 26-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilmiş xüsusi əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilməsi nəticəsində həlak olan iki polis serjantından biridir. Ağır atletika üzrə Avropa çempionu olan İsmayıl Tağıyev üç övlad atası idi.

II Fəxri Xiyabanda torpağa tapşırılan hər iki polis əməkdaşı Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölümlərindən sonra Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyin qorunmasında xüsusi xidmətlərinə və göstərdikləri cəsarətə görə “Azərbaycan bayrağı” ordeni ilə təltif ediliblər ("Report").







pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar