Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Razim Məmmədov və Nizami İsgəndərov Xətaidə «işğal» zonaları yaradırlar


Xətai rayon icra başçısı Razim Məmmədov bibisi oğlu iş adamı Nizami İsgəndərovla birlikdə rayonun müxtəlif yerlərindəki gözdən uzaq qulaqdan iraq yerlərdəki ağaclıq əraziləri gizli şəkildə zəbt edərək özəlləşdirirlər


Bu barədə PİA.AZ-a ünvalanan məlumatda bildirilir ki, tanınmış iş adamı Nizami İsgəndərov bibisi oğlunun Xətai rayonunda icra başçısı olmasından istifadə edərək rayonda bir çox əraziləri ələ keçirir və bu prosses çoxdan başlayıb. 

Məlumatda qeyd olunur ki, artıq bu barədə sakinlər Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova  şikayətlər ünvanlayıblar. Lakin Nizami İsgəndərov və Razim Məmmmədov Bakı şəhər İcra Hakimiyyətinin «payını» ayırdığına görə onların şikayətlərinə baxan yoxdur.

Belə ki, PİA.AZ-a ünvanlanan şikayətdə bildirilir ki, Razim Məmmədov və Nizami İsgəndərov Xətai rayonunda bir çox əraziləri yaxın adamlarına «sataraq» sənədləşdirir və həmin ərazilərdə müxtəlif obyektlər tikirlər. 

Bildirilir ki, son 5 ayda Razim Məmmmədovla Nizami İsgəndərov cütlüyü Xətai rayonunda müxtəlif yerlərdə yaşıllıqları gizli şəkildə məhv edərək ərazini hasarlayıblar. Buna misal olaraq şikayətdə bildirilir ki, rayonun “Radiozavod” istiqamətində, Ukrayna dairəsi ətrafındakı bəzi ərazilərdəki sıx ağaclar dayıoğlu-bibioğlunun güdazına  gəlib. 

Həmçinin qeyd olunur ki, Xətai rayonun Nəsrəddin Tusi küçəsindəki binaların ətrafındakı ağaclıq ərazi bir müddət öncə səssiz səmirsiz bir günün içində təmizlənib və hazırda qeyd olunan yerdə Nizami İsgəndərova məxsus obyekt inşa edilir. 

Bildirək ki, iş adamı Nizami İsgəndərov iki ay öncə Sumqayıt şəhərində binaların arasındakı ağacaları qırdığına görə gündəmə gəlmişdi. Həmin hadisəni iş adamı təkzib etməyə çalışsada çəkilən şəkillər, videolar Nizmai İsgəndərovun israrlı təkzibi təsdiq olunmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Ən çox oxunanalar