Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya münaqişənin həllinə deyil, status-kvonun qorunmasında maraqlıdır?


Politoloq Rüstəm Məmmədov: “Hesab edirəm ki, Rusiya atəşkəsin və status-kvonun qorunmasında maraqlıdır”


Politoloq Adıgözəl Məmmədov: “Gərginliyin qarşısının alınması Azərbaycan tərəfinin haqqlı tələblərini həyata keçirməklə baş verəcəksə və bu zaman Rusiyanın geosiyasi maraqları ziyan görməyəcəksə Rusiya ona gedəcək”. 

Bir qədər əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, Rusiya, ErmənistanAzərbaycan prezidentlərinin danışıqlarının əsas vəzifəsi Qarabağda hərbi əməliyyatların bərpasından sığortalanmaqdır. Rusiya prezidentinin sözçüsü “Əsas vəzifə atəşkəsi saxlamaqdır”, deyib. Qeyd edək ki, Peskov münaqişə ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol verilməməsinin vacibliyini vurğulayıb. Kremlin təmsilçisi həmçinin danışıqların çətin olacağını da qeyd edib.

Putinin köməkçisinin bu şərhi Rusiyanın problemin həllinə deyil, ancaq atəşkəsin mövcud olmasında maraqlı olduğuna əsas verirmi?

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq, siyasi ekspert Rüstəm Məmmədova və Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədova müraciət edib.

VHPTRW9CPoZsatOM9gcWaeNpgHSpmptr1UlfmBOwIZwzx1RKDTMNI6mZhpAeDQjQeE0dDnBu3eCKY7EBvvVDUU9VfxD62907rUcKCxNgASSdgBuTOC+0PHriMa9XD1QyZUCsAbEhbEa+c9fF5TlKoT4dDqDsY3Vo+ca76qujLmHUb/AAmaV0YXB23BnpRpFxlPzMq65I5y1xTfry1lbiBvJtbihX19Zg4ivAmcLXU/haliPnExi2YxlDJGI1APlK6sT7MA6RLwQxXEloEcBjQmamJQtbrGRHm6RmMgRbxISWiEIQwq7wMFOsV94CQWJFWANEitEgEIQgZ0qjKQymxBBU9CNjOx8G7R4etTRjWpq7KMyFlDB9iLEzjMVDyk5Y7bHoIGLmlJ2UxhqYSi5NzkCt6qSD9BLfNOOg7eLGrwksb5x8f5tW/2ZnnmuNF9T9YQns4/7Kv9azYCV+LQZr2F9eXpCE9NcEWpuf1zkVgNdIQk5qx8odRRfYTHKOghCeeugCjoJKyjJtCE3FlRkUdBFqqOghCBiFHQTNFHQQhAzZR0EZZR0EIRl6CZR0EMo6CEJIMo6CGUdBCEAyjoJnVUX2EITfQxyjoIBR0ESEwGUdBDKOghCAZR0EMo6CEIBlHQQyjoIQhsdT7Af+DT+Op/fM2ZRCE4ZNZ2hCEhL//Z" alt="Image result for Rüstəm Məmmədov">

Rüstəm Məmmədov: “Rusiya atəşkəsi qorumaqla status-kvonun dəyişməməsinə çalışır”.


Peskovun sözlərini təsdiqləyən qısaca şərh edən politoloq Rüstəm Məmmədova görə, Rusiya Qarabağ probleminin həllində maraqlı deyil: 

“Hesab edirəm ki, Rusiya atəşkəsin mövcud olmasında və status-kvonun qorunmasında maraqlıdır. Ona görə də konkret olaraq məsələnin həllinin yox, atəşkəsin gündəmdə olmasına çalışır. Bu üzdəndə bu görüşdə konkret olaraq münaqişənin həll olunması üçün hansısa təkliflərin müzakirəyə çıxarılacağını gözləmirəm. Əsas məsələ yəqin ki, Peskovun qeyd etdiyi ki, Qarabağda hərbi əməliyyatların bərpasından sığortalanmaq olacaq. Putin çox güman ki, atəşkəsin davamlı olmasında israr edəcək”.

Image result for Adıgözəl Məmmədov

Adıgözəl Məmmədov: “Tam əminliklə deyə bilərəm ki, pərdəarxası çox ciddi müzakirələr gedib”.


Politoloq Adıgözəl Məmmədov da hesab edir ki, hazırda münaqişənin həlli Rusiyanın grosiyasi maraqlarına cavab vermir. Amma birmənalı olaraq Rusiya Qafqazda gərginliyin yaranmasına qarşıdır:

“Əslində Putinin köməkçisi mənim yaxın dostumdur. Yəni biz köhənin tanışıyıq. O, keçmiş diplomatdır, türkoloqdur. Bunları deməkdə məqsədim odur ki, jurnalistlərin suallarını cavablandıran Peskov diplomatik və standart cavablar verib. Amma mən tam əminliklə deyə bilərəm ki, pərdəarxası çox ciddi müzakirələr gedib və müzakirənin predmetinin çox yaxın zamanlarda şahidi olacağıq. Rusiya Qafqazda gərginliyin yaranmasına qarşıdır. Əgər bu gərginliyin yaranması atəşkəslə saxlanılırsa, bu Rusiyanın maraqlarına cavab verir. Hesab edirəm ki, ki, bu gərginliyin qarşısının alınması Azərbaycan tərəfinin haqqlı tələblərini həyata keçirməklə baş verəcəksə və bu zaman Rusiyanın geosiyasi maraqları ziyan görməyəcəksə Rusiya ona gedəcək. Burda əsas olan oyun qaydalarını bilmək və oyunçuları tanımaqdır. Ona görə də düşünürəm ki, Rusiya münaqişənin həllinə daha ehtiyyatla yanaşacaq və təbii ki, birinci olaraq atəşkəsin qorunmasını əsas olaraq görəcək”.

Şahanə BAYRAMOVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar