Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüstəm İbrahimbəyovdan xəbər yoxdur



Milli Şuranın fəxri sədrindən xəbər yoxdur; O, qurumun iclaslarına da qatılmır


Oqtay Gülalıyev: “Milli Şuranın son iclaslarına qatılmayıb”

Vidadi Mirkamal: “Onun barəsində heç bir xəbərim yoxdur”

Bir zamanlar Azərbaycan siyasətinin qısa zamanda da olsa, ən önəmli simalarından biri olan kinorejissor Rüstəm İbrahimbəyovun harada olması maraq doğurur. 

Hazırda Milli Şuranın fəxri sədri funksiyasını yerinə yetirməsinə baxmayaraq, Rüstəm İbrahimbəyov demək olar ki, siyasətdən uzaqlaşıb.

Bir ay öncə də mətbuata açıqlamasında kinorejissor heç vaxt siyasətlə məşğul olmadığını bildirmişdi. Amma o, bununla belə, Milli Şuranın fəxri sədrliyində qaldığını qeyd etmişdi. 

Az müddətə olsa da, demokratik düşərgənin 2013-cü ildə prezident seçkilərində vahid namizədi olan Rüstəm İbrahimbəyovun harada, nə işlə məşğul olması ilə maraqlandıq. 

Qurumun mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev Rüstəm İbrahimbəyovun daim Milli Şura ilə əlaqə saxladığını bildirdi: “Rüstəm müəllim daha çox Cəmil bəylə əlaqə saxlayır. Bununla belə, onun barəsində məlumatlarımız var. Çünki o, daim Milli Şura ilə əlaqə saxlayır. Rəhbərliklə təmasda olur. Bizimlə tez-tez mütəmadi əlaqə saxlayır. Müəyyən məsələlərlə bağlı fikirlərini bildirir. Amma Milli Şuranın son iclaslarına internet vasitəsilə olsa da, qatılmayıb”.

Qurumun Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal isə kinorejissorla bağlı heç bir məlumatının olmadığını söylədi.(musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar