Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə ilk dəfə püstə bağı salınır


Şərq ölkələrinin qiymətli bitkisi sayılan püstə vaxtı ılə Azərbaycanda, o cümlədən Abşeron yarımadasında çox geniş surətdə yayılmışdı


Bu ağacın əsl vətənlərindən biri də məhz Abşeron hesab edilir. Yarımada püstə ağacının normal inkişaf edib, bol məhsul verməsi üçün çox əlverişli şəraitə malikdir.

Lakin təəssüflər olsun ki, bir zamanlar Bakının bir çox qəsəbə və kəndlərində məhsuldar və faydalı bitki kimi istifadə edilən bu qiymətli bitkiyə hazırda Abşeronda nadir halda təsadüf olunur.

Qədim ənənələri bərpa edərək püstəni öz qədim vətənində əkilməsini genişləndirmək, həmçinin yerli iqlimə uyğunluğunu nəzərə alaraq ərazinin yaşıllaşdırılmasında istifadə etmək məqsədi ilə ilk dəfə olaraq Səbail rayonu «Şıx» yamacında salınan və hazırda ümumi sahəsi 29 hektara çatan «Ekoloji park»ın ərazisində əkilmiş şam ağacları ilə yanaşı ilkin olaraq 1 hektar sahədə Səbail Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə püstə bağı salınması qərara alınmışdır. Yamacda təcrübə qaydasında xaricdən gətirilən tinglər əkilərək onlara daimi qulluq göstərilməsi və damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilmişdir. Ağacların inkişaf prossesı normal olduqdan sonra isə bu ərazıdə yaradılan Abşeronda ilk püstə bağı daha da genişləndiriləcəkdir.

«Şıx» yamacında aparılan işlərlə yanaşı rayonun digər ərazilərində də genişmiqyaslı abadlıq işləri də davam edir. Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, tikilən su anbarlarının yaxınlığında uzun illərdən bəri saxta sərəncamlarla zəbt olunmuş torpaq sahələrinin təmizlənməsi, burada qanunsuz aparılan tikintilərin sökülərək torpaqların dövlətə qaytarılması işləri həyata keçirilir. Burada zəbt olunmuş torpaq sahələrinin hasarları sökülərək 6 ha ərazi daş və digər tullantılardan təmizlənmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin Bibiheybət qəsəbəsinin «Şıx» yamacında və eləcə də Badamdar qəsəbəsində yaşıllıqların salınması ilə bağlı verdiyi tapşırıqlara əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə burada yerli iqlimə və bu ərazinin relyefinə daha çox uyğun olan zeytun ağaclarının əkilərək böyük bir bağın salınması prossesinə başlanmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən ağacların əkilməsi və onlara gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Ümumilikdə yalnız bu ərazidə 12 mindən çox zeytun ağacının əkilməsi planlaşdırılmışdır.

Ərazidə abadlıq və yaşıllaşdırma işləri davam etdirilir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Ən çox oxunanalar