Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sel 14 yaşlı oğlanı aparıb - Qubada faciə


Ötən gün Qubanın bir neçə kəndinə yağan leysan yağışları ciddi fəsadlar törədib, eyni zamanda təlafata səbəb olub


Lent.az Report-a istinadən xəbər verir ki, saat 5 radələrində Qonaqkənd inzibati ərazi vahidliyinə məxsus Ördüc kəndinə yağan güclü dolu nəticəsində əmələ gələn sel 1 uşağı və 30-a yaxın xırdabuynuzlu mal-qaranı aparıb.

 Hadisə 2002-ci il təvəllüdlü kənd sakini Orucov Şahid Əli oğlu qoyun və keçiləri dərədə otaran zaman baş verib. Güclü dolu sonradan yağışa çevrilib və əmələ gələn sel mal-qaranı aparıb. 14 yaşlı Şahid heyvanları xilas etmək istəyərkən, özü də axına düşüb. Onu yaxınlıqda olan kənd sakinləri xilas edə biliblər. Şahid Orucov baş nahiyəsindən xəsarət alıb.
 
Güclü dolu paxla və kələm sahələrinə də ziyan vurub. Hazırda kənddə işıqlar sönüb, rayona gedən yolda maşınların hərəkəti çətinləşib.
 
Sakinlər son 30 ildə ilk dəfədir belə yağışların yağdığını bildiriblər.
 
Quba Fövqəladə Hallar Nazirliyi Komissiyasının sədri, icra hakiminin birinci müavini Yusif Abidov hadisəni təsdiq edib.
 
"Hadisələrdən xəbərim var. Qubanın Xaltan və Utuq kəndlərinə də güclü leysan yağışları yağıb. Oralarda elə də ciddi çətinliklər yaranmayıb. Ördüc kəndində yaranan problemlərlə bağlı sabah səhər saatlarında lazımi tədbirlər görüləcək", - deyə o bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

BŞİH-də “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib

Ən çox oxunanalar